AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək "Private Banking"ə çevrildi

AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək (®) AccessBank Azərbaycanda sahibkarlıq və pərakəndə bankçılıq sahəsində mövqeyini möhkəmləndirməklə yanaşı, fərdi bankçılıq istiqamətinin inkişafında yeni mərhələyə qədəm qoyduğunu elan edir.
2023-cü ildə istifadəyə verilmiş və fərdi bankçılıq xidmətləri təqdim edən VIP Club məhsulu bu gündən etibarən rebrendinq edilərək "Private Banking" adı altında fəaliyyətini davam etdirəcək.
Rebrendinq çərçivəsində "Private Banking" konsepsiyası daha da təkmilləşdirilərək müştərilərə fərdiləşdirilmiş yanaşma, yüksək səviyyəli xidmət və həyat tərzinə uyğun kompleks həllər təqdim etməyə yönəlib. Yeni yanaşma müştərilərin vaxtına qənaət edən, gündəlik prosesləri sadələşdirən və əlavə dəyər yaradan xidmət modelinə əsaslanır.
"AccessBank olaraq əsas prioritetimiz müştərilərimizə yalnız maliyyə xidmətləri təqdim etmək deyil, onların gündəlik həyatını asanlaşdıran, vaxtlarına qənaət edən və real dəyər yaradan həllər formalaşdırmaqdır. VIP Club-un "Private Banking" olaraq rebrendinqi bu istiqamətdə atdığımız növbəti strateji addımdır. İnanırıq ki, yenilənmiş konsepsiya ilə müştərilərimizə daha yüksək səviyyədə fərdiləşdirilmiş xidmət və premium bankçılıq təcrübəsi təqdim edəcəyik", - bunu bankın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov deyib.
Qeyd edilib ki, "Private Banking" artıq yalnız bank məhsulu deyil, eyni zamanda müştərilərlə uzunmüddətli və etibarlı tərəfdaşlığa əsaslanan xidmət modelidir. Son iki il ərzində bu yanaşma öz nəticəsini göstərib – Bankın premium müştəri seqmentində əhəmiyyətli artım qeydə alınıb. Bu müddət ərzində müştəri bazasında böyük artım müşahidə olunub ki, bu da təqdim olunan fərdi yanaşma və yüksək xidmət keyfiyyətinə olan etimadın göstəricisidir.
Hazırda "Private Banking" çərçivəsində müştərilərə depozit, kredit və investisiya həlləri ilə yanaşı, aviabiletlərin təşkili, viza dəstəyi, sığorta xidmətləri və eksklüziv tədbirlərə çıxış kimi qeyri-maliyyə üstünlükləri də təqdim olunur. Bu xidmətlər müştərilərin yalnız maliyyə deyil, ümumi həyat keyfiyyətinin artırılmasına yönəlib.
"Private Banking bizim üçün sadəcə bir xidmət modeli deyil – bu, müştərilərimizlə qurduğumuz etibarlı və uzunmüddətli tərəfdaşlığın ifadəsidir. Son iki il ərzində qazandığımız təcrübə göstərdi ki, fərdi yanaşma və yüksək xidmət keyfiyyəti müştərilər tərəfindən yüksək qiymətləndirilir. Yeni mərhələdə məqsədimiz bu yanaşmanı daha da inkişaf etdirərək, müştərilərimizə onların həyat tərzinə uyğun, dəyər yaradan və fərq yaradan həllər təqdim etməkdir", - deyə Private Banking məhsulunun rəhbəri Vüsalə Quliyeva bildirib.
Yeni mərhələdə Bank premium tərəfdaş şəbəkəsinin genişləndirilməsini, müştərilərə daha çox fərdi imtiyazların təqdim olunmasını və xidmətlərin həyat tərzi yönümlü formatda inkişafını əsas prioritetlər kimi müəyyən edib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
/ marja.az

Banklar     Tarix: 21 aprel 2026

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler iqtisadiyyat xeberleri bank faizleri leobank kart kicik biznes