AccessBank "Qızıl Şans" lotereyasının ilk tirajının qaliblərini elan etdi
AccessBank "Qızıl Şans" lombard lotereyasını –nın ilk tirajının qaliblərini açıqladı. 8 avqust tarixində saat 15:00-da keçirilən tirajda 3 000-ə yaxın yeni və aktiv lombard kredit müştərisi iştirak edib. Təsadüfi seçim əsasında 12 qalib müəyyən olunub. Qaliblərdən biri 50 qramlıq, ikisi 30 qramlıq, üçü 20 qramlıq, altısı isə 10 qramlıq qızıl külçənin sahibi olub. Qaliblərə mükafatlar gələn həftə ərzində təqdim ediləcək və ictimaiyyətə ayrıca məlumat veriləcək.
Qeyd edək ki, tirajlarda yalnız 17 aprel – 15 avqust 2025-ci il tarixləri arasında (I tiraj) və 16 avqust – 19 dekabr 2025-ci il tarixləri arasında (II tiraj) lombard krediti rəsmiləşdirən müştərilər iştirak edə bilərlər. Hər 1 000 AZN məbləğində lombard krediti müqabilində 1 iştirak haqqı qazanılır. Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən edilir. "Qızıl Şans" stimullaşdırıcı lotereya kampaniyasının şərtlərinin 9-cü bəndinə edilən dəyişikliyə görə qaliblər ".Net" proqramı vasitəsi ilə seçilir.
Növbəti tiraj 26 dekabr 2025-ci il tarixlərində AccessBank-ın Baş ofisində keçiriləcək və bankın rəsmi Instagram, Facebook və YouTube hesablarında canlı yayımlanacaq.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
ƏDV geri al və onun üstünlükləri
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Kriptovalyuta nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?