AccessBank və AYİB-dən qadın sahibkarlığına dəstək: Access2Success layihəsi dördüncü dəfə uğurla başa çatdı

AccessBank və AYİB-dən qadın sahibkarlığına dəstək: Access2Success layihəsi dördüncü dəfə uğurla başa çatdı®Azərbaycanda sahibkarlığın davamlı inkişafına uzun illərdir töhfə verən AccessBank, Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirdiyi Access2Success layihəsinin dördüncü dəfə uğurla başa çatdığını qürurla elan edir. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə reallaşdırılan bu təşəbbüs, ölkədə qadın sahibkarlığının gücləndirilməsinə və onların biznes potensialının üzə çıxarılmasına yönəlib.
Layihəyə bu il də böyük maraq göstərilib – iştirak üçün 300-dən çox müraciət daxil olub. Seçim mərhələsini uğurla keçən 50 qadın sahibkar biznesin idarə edilməsi, satış və marketinq, liderlik və emosional idarəetmə, uğurlu biznesin hüquqi aspektləri, eləcə də maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını inkişaf etdirərək proqramı müvəffəqiyyətlə tamamlayıblar. Təlimlər AccessBank-ın peşəkar mütəxəssisləri və öz sahəsində geniş təcrübəyə malik ekspertlər tərəfindən keçirilib.
"Dayanıqlı sahibkarlıq modellərinin formalaşdırılmasına dəstək AccessBank üçün əsas prioritetlərdəndir. "Access2Success" proqramı vasitəsilə qadın sahibkarların bilik və bacarıqlarını gücləndirir, onların bizneslərini daha inamlı və dayanıqlı şəkildə inkişaf etdirmələrinə şərait yaradırıq. Bu dəyərli əməkdaşlığa görə Avropa Yenidənqurma və İnkişaf Bankına təşəkkürümüzü bildiririk. AccessBank olaraq bu təşəbbüsü gələcək illərdə də ardıcıl və genişmiqyaslı şəkildə davam etdirmək əzmindəyik",- bunu AcessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri layihənin əhəmiyyətini vurğulayaraq bildirib.
"Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı fəaliyyətində əsas prioritetlərdən biri qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Strateji tərəfdaşlarımızdan olan AccessBank ilə birgə həyata keçirdiyimiz "Access2Success" təşəbbüsü qadın sahibkarlığının dayanıqlı inkişafına real töhfə verən nümunəvi layihələrdəndir. EBRD gələcəkdə də bu kimi sosial və iqtisadi  təsir gücünə malik təşəbbüslərə dəstəyini davam etdirəcək", – Azərbaycan üzrə Biznes Məsləhətləri Proqramının baş meneceri Samir Həmidov qeyd edib:
Qeyd edək ki, "Access2Success" layihəsi ilk dəfə 2022-ci ildə həyata keçirilib və hər il təxminən 50 qadın sahibkarı əhatə edir. İndiyədək proqramda 200-dən çox qadın sahibkar iştirak edib. Konsaltinq, turizm, təhsil, səhiyyə, yaradıcılıq, mədəniyyət və digər sahələrdə fəaliyyət göstərən iştirakçılar altı həftəlik intensiv təlimlər çərçivəsində həm nəzəri, həm də praktik biliklər əldə edərək öz bizneslərinin inkişafı üçün möhkəm təməl formalaşdırıblar.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
 Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
 *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 20 dekabr 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollar mezenne bitkoin en son xeberler bu gunun xeberleri