"AccessBank" xalis mənfəətinin 7 dəfəyə yaxın artdığını açıqladı

"AccessBank" QSC 2023-cü ilin ilk rübünü 5 milyon 460 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 803 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AccessBank"ın xalis mənfəəti 2023-ci ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 6,8 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Marja.az xəvbər verir ki, "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 14 milyon 444 min manat və ya 39,8% artaraq 46 milyon 931 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 6 milyon 216 min manat və ya 20,6% artaraq 36 milyon 325 min manat təşkil edib. 2022-ci ilin ilk rübündə Bankın cəmi əməliyyat gəlirləri 32 milyon 487 min manat, cəmi əməliyyat xərcləri 30 milyon 109  min manat təşkil etmişdi.
"AccessBank"ın 2023-cü ilin ilk rübündə 10 milyon 606 min manat əməliyyat mənfəətindən 5 milyon 146 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Bank 2022-ci ilin ilk rübündə 2 milyon 378 min manat əməliyyat mənfəətindən 1 milyon 575 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.  İlk rübdə Bankın əməliyyat mənfəəti 4,5 dəfə artıb. Əgər ehtiyata ayırma 3,3 dəfə artmasaydı, "AccessBank"ın xalis mənfəəti daha böyük məbləğdə olardı.
AKTİVLƏRİ 90 MİLYON MANATDAN ÇOX ARTIB
2022-ci ilin sonu ilə müqayisədə  ilk rübdə "AccessBank"ın cəmi aktivləri 90 milyon 985 min manat artaraq 1 milyard 259 milyon 840 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 64 milyon 361 min manat artaraq 877 milyon 910 min manata çatıb. Ötən ilin sonunda Bankın cəmi aktivləri 1 milyard 168 milyon 855 min manat, o cümlədən kredit portfeli 813 milyon 549 min manat təşkil etmişdi. 
DEPOZİT PORTFELİ 1 MİLYARD MANATA YAXINLAŞIB
İlk rübdə  "AccessBank"da depozitlər 88 milyon 710 min manat artaraq 948 milyon 764 min manata, o cümldən fiziki şəxslərin depozitləri 31 milyon 724 min manat artaraq 750 milyon 737 min manata, hüquqi şəxslərin depozitləri 56 milyon 986 min manat artaraq 198 milyon 27 min manata yüksəlib.
XXX
Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayır.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank, 2023-cü ilin 1-ci rübü ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub.
Belə lki, 
-          Kredit portfeli rüb ərzində 7.9% artaraq, 877.9 milyon manata yüksəlib.
-          Kredit portfelinin 76.8%-ni biznesə ayrılmış kreditlər təşkil edir. Rüb ərzində biznes portfeli 6.3% və ya 40.0 milyon manat artıb. Rüb ərzində verilmiş biznes kreditlərinin 50.9%-i regionların payına düşür.
AccessBank-ın mənfəətlilik göstəriciləri də proqressiv artım nümayiş etdirib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
-          Faiz gəlirləri 39.1% artaraq, 42.7 milyon manata çatıb. Xalis faiz gəlirləri isə 49.4% artıb və 26.1 milyon manata yüksəlib.
-          Qeyri-faiz gəlirləri 1.4 dəfə artaraq, 4.2 milyon manatı ötüb.
-          Xalis əməliyyat mənfəəti 3.5 dəfə artaraq, 10.6 milyon manata çatıb.
-          Xalis mənfəəti də 2022-ci ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 6.8 dəfə artaraq 5.5 milyon manata çatıb.
Bütövlükdə, Bankın aktivləri rüb ərzində 7.8% artaraq, hesabat dövrünün sonunda 1.3 milyard manata çatıb.
-          Eyni zamanda, bankın likvid aktivləri 274.5 milyon manat təşkil edir ki, bu da cəmi aktivlərin 21.8%-i həcmindədir.
-          Depozit portfeli rüb ərzində 10.3% artıb və l rübün sonuna 948.8 milyon manat təşkil edir.
-          Əhalinin müddətli əmanətləri rüb ərzində 5.1% artaraq, 627.5 milyon manata çatıb.
AccesBankın kapital buferi də böyüyüb. Rüb ərzində məcmu kapitalın həcmi 6.4% və ya 6.5 milyon manat artaraq 107.6 milyon manata çatıb ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2 dəfə artıqdır.
Hesabat dövrünə cəmi müştərilərin sayı 535 minə yüksəlib.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın rüblük göstəricilərini şərh edib: "Komandamızın davamlı və güclü fəaliyyətini görməyə şadıq. Bank strategiyasını yerinə yetirmək üzrə tam gücü ilə işləyir və biz bütün biznes seqmentlərimizdə artım görməkdən çox məmnunuq."

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler dollar mezenne pul qazanmaq telefonla pul qazanmaq kicik biznes