AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
(®) AccessBank 2025-ci ilin nəticələrinə əsasən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti siyahısına daxil edilib
Bu nüfuzlu siyahıda yer almaq bankın vergi öhdəliklərinə yüksək məsuliyyətlə yanaşdığını və ölkə iqtisadiyyatının inkişafına verdiyi davamlı töhfəni bir daha təsdiqləyir. AccessBank 2024-cü ilin nəticələrinə görə də bu siyahıda yer alıb.
Əldə olunan nəticə AccessBank-ın maliyyə dayanıqlılığını, eləcə də fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiqliyini əks etdirir. Bank maliyyə sektorunun etibarlı iştirakçısı kimi fəaliyyətini qüvvədə olan qanunvericiliyə və qabaqcıl korporativ idarəetmə standartlarına uyğun şəkildə davam etdirir.
AccessBank qarşıdakı dövrdə də şəffaflıq, məsuliyyət və dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq müştərilərə keyfiyyətli maliyyə xidmətlərinin təqdim olunmasını, iqtisadi fəallığın artırılmasını və ölkə iqtisadiyyatına töhfənin genişləndirilməsini prioritet istiqamət kimi müəyyən edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / marja.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes qurmaq üçün nə lazımdır?
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Cash Back nədir?