AccessBank yenilənmiş konseptli "20 yanvar" filialını istifadəyə verdi

AccessBank yenilənmiş konseptli ®İlin əvvəlindən aktiv filial şəbəkəsinin genişləndirilməsi və müştərilərə əlçatan maliyyə xidmətlərinin təklif edilməsi siyasətini həyata keçirən AccessBank, bu gün əsaslı təmirdən sonra "20 yanvar" filialını müştərilərin xidmətinə təhvil verdi.  Yeni konsepsiya əsasında təmir edilən filial Bakı şəhəri, A.Mustafayev küçəsi 1c ünvanında yerləşir. 
Müasir konseptli "20 yanvar" filialında müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin təqdim edilməsi, plastik kartların alınması, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətləri təklif edilir. 
"Məqsədimiz Azərbaycanda müştərilərə maksimum rahat şəraitdə keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsidir. İlin əvəllindən müxtəlif bölgələrimizdə və paytaxtda müştərilərimizə təqdim etdiyimiz filiallarımızın hər biri müasir bank konsepsiyasına uyğundur, burada müştərilər maliyyə xidmətləri əldə etməklə yanaşı, peşəkar komandamızın üzvləri tərəfindən maliyyə məsləhətləri xidmətindən də istifadə edə bilər", – AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauru deyib.     
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank yenilənmiş konseptli AccessBank yenilənmiş konseptli / banker.az

Banklar     Tarix: 01 iyul 2024

Oxşar xəbərlər

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb. S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsin

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr


iqtisadi xeberler valyuta xeberleri biznes ideyalari kicik biznes emlak xeberleri