"AccessBank"ın xalis mənfəəti 6 dəfəyə yaxın artıb

"AccessBank" QSC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 29 milyon 309 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü  5 milyon 269 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "AccessBank"ın xalis mənfəəti 5,6 dəfə artıb.
Marja.az xəbər verir ki, "AccessBank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə  41 milyon 755 min manat və ya 41,6% artaraq 142 milyon 19 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 884 min manat və ya 57,2% artaraq 13 milyon 425 min manat təşkil edib.
2023-cü ilin 9 ayında "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 155 milyon 444 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 114 milyon 558 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 40 milyon 886 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 11 milyon 577 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
KREDİT PORTFELİ 1 MİLYARD MANATA YAXINLAŞIB
"AccessBank"ın kredit portfeli (müştərilərə verilən kreditlər) 2023-cü ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 178 milyon 849 min manat artaraq 30 sentyabr 2023-cü il tarixində 992 milyon 398 min manata çatıb.
DEPOZİT PORTFELi 1 MİLYARD MANATI KEÇİB
"AccessBank"ın depozit portfeli 2023-cü ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 165 milyon 505 min manat artaraq 30 sentyabr 2023-cü il tarixində 1 milyard 25 milyon 559 min manat təşkil edib. O cümlədən, fiziki şəxslərin depozitləri 81 milyon 230 min manat artaraq 800 milyon 243 min manata, hüquqi şəxslərin depozitləri 84 milyon 275 min manat artaraq 225 milyon 316 min manata çatıb.
"AccessBank"ın cəmi aktivləri 2023-cü ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 225 milyon 226 min manat artaraq 30 sentyabr 2023-cü il tarixində 1 milyard 394 milyon 81 min manat olub. 
30 Sentyabr 2023-cü il tarixində "AccessBank" 133 milyon 862 min manat məcmukapitala malik olub.

Banklar     Tarix: 13 oktyabr 2023

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri dollar kursu avtomobil xeberleri