Aclıq və yoxsulluq həddi açıqlandı
TÜRK-İŞ-in, işçilərin həyat şəraitini ortaya qoymaq və əsas ehtiyac mallarının qiymət dəyişikliyinin ailə büdcəsinə təsirini müəyyən etmək məqsədilə hər ay apardığı "Acılıq və Yoxsulluq Həddi Araşdırması"nın 2025-ci il sentyabr nəticələri açıqlanıb.
Biznes.az xəbər verir ki, araşdırmaya görə, sentyabr ayında 4 nəfərlik bir ailənin sağlam, balanslı və kifayət qədər qidalanması üçün etməli olduğu ərzaq xərclərinin məbləği olan "acılıq həddi" 27 970 türk lirəsi olub. Qida, geyim, mənzil, nəqliyyat, təhsil, səhiyyə və digər zəruri xərclərin cəminə uyğun olan "yoxsulluq həddi" isə 91 109 türk lirəsi olaraq hesablanıb.
Subay bir işçinin "yaşayış xərci" aylıq 36 305 türk lirəsi olub.
Cari ilin 9-cu ayı üzrə bir şəxsin yaşayış xərci ilə minimum əmək haqqı arasındakı fərq 14 201 türk lirəsinə çatıb.
Araşdırmaya görə, süd, qatıq və pendir məhsullarını əhatə edən qrupda bu ay hər hansı dəyişiklik müşahidə olunmayıb. Süd, qatıq və pendir qiymətləri sabit qalıb.
Məktəblərin açılması ilə yüksələn yumurta qiymətləri 14% artıb. Son iki ayda isə yumurta qiymətlərindəki artım 26%-ə çatıb.
Düyü və un qiymətləri sabit qalıb. Makaron qiymətləri 8%, bulqur və irmik qiymətləri isə 5% artıb.
Zeytun yağının kilo qiyməti keçən ay 2% düşmüşdü, bu ay isə 10% artım müşahidə olunub.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı