ADIF: Əmanətlər üzrə kompensasiya məbləği artırılsa, insanlar məsuliyyətsiz davranar

ADIF: Əmanətlər üzrə kompensasiya məbləği artırılsa, insanlar məsuliyyətsiz davranarAzərbaycanda 2021-ci il aprelin 5-dən qüvvəyə minmiş qaydalara görə, bir yerli bankda 100 min manata qədər əmanət sığortalı hesab edilir.
Yəni, hansısa bank bağlandığı (bankda sığorta hadisəsi baş verdiyi) halda Əmanətlərin Sığortalanması Fondu (ADIF) vətəndaşın bankdakı əmanətinin yalnız 100 min manatını kompensasiya edir. Hazırda Azərbaycanda 24 bankın fəaliyyət göstərdiyini nəzərə alsaq, bir nəfərin sığortalı əmanət yerləşdirmək imkanı maksimum 2,4 milyon manatdır.
Azərbaycan Mərkəzi Bankında hesab edirlər ki, əmanətlərin sığortalanmasına dair 100 min manatlıq limiti artırmağa ehtiyac yoxdur. Qurumun sədri Taleh Kazımov ötən ay bildirib ki, limit artıqca, bankların izafi xərcləri də artacaq: "Bu da maliyyə sabitliyinə mənfi təsir edəcək".
Təbii ki, əhalinin əksər hissəsinin əlindəki vəsait maksimum bir neçə yüz min manat ola bilər. Bununla belə, ölkədə kifayət qədər insan da var ki, biznes fəaliyyəti ilə məşğuldur və aylıq dövriyyəsi milyonlarla manatdır. Bəs bu kimi insanların əmanətinin banka sığorta yerləşdirməsi üçün 100 min manatlıq limit ədalətlidirmi? "İqtisadçı-ekspertlər ilə bu suala cavab tapmağa çalışdıq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyir ki, 100 min manata qədər əmanətlərin sığortalanması əmanətçilərin 90 %-dən çoxunu əhatə etdiyi üçün həmin məbləğ ədalətlidir: "Sözsüz ki, bəzi vətəndaşlarımızın əmanəti daha çox ola bilər. Amma əksər əmanətçilər banklara 100 min manatdan aşağı pul qoyur. bu səbəbdən əmanətlərin sığortalanması sistemimizi əhatə dairəsinə, miqyasına görə ədalətli hesab etmək olar".
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da mövcud məbləği ədalətli sayır: "Əgər kiminsə pulu 2,4 milyon manatdan çoxdursa, o, ailə üzvlərinin adına da əmanət yerləşdirə bilər. Bir məsələ də var ki, milyonlarla manat pulu olanlar adətən onun hamısını yerli banklara qoymur, bacardıqca ölkədən kənara çıxarır, xaricdə nə isə (əmlak və s.) alır. Həm də dövlət bütün əmanətlərə təminat verə bilməz, məhdudiyyət mütləq olmalıdır. Azərbaycanda da sığortalanan məbləğ digər ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Ümumiyyətlə isə, sığorta sistemi daha çox adi insanlar, həqiqi sahibkarlar üçündür".
İqtisadçı-ekspert Xalid Kərimli də hesab edir ki, 100 min manatlıq limit ədalətlidir: "Bu məbləğlə dövlət faktiki olaraq bankların bankların riskinin böyük bir hissəsini öz üzərinə götürür. Daha çox əmanətə təminat verilsə, dövlətin riski də artacaq. Bir nəfər üçün 2,4 milyon manatlıq riskin sığortalanması heç də az deyil. Halbuki, ABŞ kimi super dövlətdə bu limit cəmi 250 min dollardır. Sığorta məbləğinin artırılması həm də insanları məsuliyyətsiz davranmağa, öz vəsaitlərini nə cür gəldi banklara yerləşdirməyə sövq edə bilər".
Əmanətlərin Sığortalanması Fondunda (ADIF) da hesab edirlər ki, qorunan əmanətlər üzrə kompensasiya olunan məbləğin limitinin 100 min manat müəyyən edilməsi ədalətlidir: "Bu məbləğ ölkəmizdəki əmanət bazarının obyektiv tələblərinə tam şəkildə cavab verib, banklarda baş verə biləcək sığorta hadisələri zamanı əmanətçiləri mümkün maliyyə itkilərindən qorunmasını təmin edir. Bu sahədə mövcud beynəlxalq təcrübəyə nəzər salsaq, ölkəmizin əmanətlərin sığortalanması sistemində təsbit edilmiş bu məbləğ limitinin bir çox qonşu ölkələrin qanunvericiliyi ilə müəyyən edilmiş həddən yüksək olduğunu görərik. Belə ki, qonşu Türkiyə və Rusiyada bu kompensasiya limiti manat ekvivalenti ilə təqribən 26 min manat, Gürcüstanda 10 min manat, Ukraynada 9 min manat, Qazaxıstanda 76 min manat təşkil edir. Güclü iqtisadiyyata malik olan inkşaf etmiş ölkələrdə müəyyən edilmiş analoji limitlərə baxdıqda görərik ki, bu rəqəm Kanadada təqribən 127 min manat, Yaponiyada isə 118 min manat həddindədir".
"Ölkəmizin əmanətlərin sığortalanması sistemində kompensasiya məbləğinin maksimum həddinin müəyyən edilməsi zamanı Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (IADI) qəbul etdiyi Əsas Prinsiplərə istinad edilib. Dünya təcrübəsinə uyğun olaraq maksimum kompensasiya məbləği əmanətçilərin minimum 80 %-ni, əmanətlərin isə məbləğ olaraq minimum 20 %-ni əhatə etməlidir. Hazırda ölkəmizdə kompensasiya məbləği üzrə qüvvədə olan maksimum hədd əmanətçilərin 99,9 %-ni, fiziki şəxslərin ümumi əmanətlərinin isə məbləğ olaraq 50,4 %-ni tam əhatə edir. Daha əvvəl diqqət yetirilmiş məqamlara əlavə olaraq qeyd etmək yerinə düşər ki, son təcrübə olaraq hazırda ləğv prosesində olan "Günay Bank" ASC-də baş vermiş sığorta hadisəsi nəticəsində qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi prosesi davam etməkdədir. Bu proses göstərir ki, sözügedən bankda fiziki şəxslərin ümumi əmanət məbləğinin 42,6 %-ni kompensasiya olunan məbləğlər təşkil edir", – deyə ADIF bəyan edib. / banker.az

Banklar     Tarix: 07 iyul 2023

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler bitkoin qiymeti en son xeberler dollar məzənnəsi dollar mezenne