AFB Bank beynəlxalq Fitch Ratings agentliyi tərəfindən "B" reytinqi və "Stabil" proqnozla qiymətləndirildi

AFB Bank beynəlxalq Fitch Ratings agentliyi tərəfindən ®Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a "B" uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil" proqnoz verib. Reytinq Bankın yaxşı kapitallaşması, yetərli likvidlik ehtiyatları və stabil mənfəətliliyi ilə əsaslandırılıb. AFB Bankın gələcək strategiyası biznes modelinin diversifikasiyası və risk idarəetməsinin gücləndirilməsinə yönəlib. Agentlik bankın risklərin idarə olunmasına yanaşmasını və kommersiya bazarındakı mövqeyini tədricən gücləndirdiyini qeyd edib.
Fitch tərəfindən Bankın Viability Rating (VR) "b", qısamüddətli IDR-ləri isə "B" səviyyəsində müəyyən edilib.
Fitch-in qiymətləndirməsində vurğulanan əsas məqamlar:
Fitch Ratings AFB Bank-a "B" uzunmüddətli kredit reytinqi və stabil görünüş (Stable Outlook) verib.
Bankın kapital mövqeyi güclüdür – 2024-cü ilin sonuna Fitch Core Capital nisbəti 36%, 1H25 üçün Tier 1 nisbəti isə 32% təşkil edib.
Likvidlik buferi kifayət qədər güclüdür – 2024-cü ilin sonuna əmanətlərin 48%-i həcmində likvid aktivlər mövcud olub.
Fitch qeyd edir ki, AFB Bank-ın bazar payı sektor üzrə hələ ki az olsa da, pərakəndə və KOB müştəri seqmentlərinə yönəlmiş strategiyası, eyni zamanda mümkün səhmdar kapital dəstəyi ilə bankın 2025-2026-cı illərdə kredit satışında ciddi artımlar gözlənilir.  
Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a "B" uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil" proqnoz verib. Reytinq Bankın yaxşı kapitallaşması, yetərli likvidlik ehtiyatları və stabil mənfəətliliyi ilə əsaslandırılıb. AFB Bankın gələcək strategiyası biznes modelinin diversifikasiyası və risk idarəetməsinin gücləndirilməsinə yönəlib. Agentlik bankın risklərin idarə olunmasına yanaşmasını və kommersiya bazarındakı mövqeyini tədricən gücləndirdiyini qeyd edib.
Fitch tərəfindən Bankın Viability Rating (VR) "b", qısamüddətli IDR-ləri isə "B" səviyyəsində müəyyən edilib.
Fitch-in qiymətləndirməsində vurğulanan əsas məqamlar:
Fitch Ratings AFB Bank-a "B" uzunmüddətli kredit reytinqi və stabil görünüş (Stable Outlook) verib.
Bankın kapital mövqeyi güclüdür – 2024-cü ilin sonuna Fitch Core Capital nisbəti 36%, 1H25 üçün Tier 1 nisbəti isə 32% təşkil edib.
Likvidlik buferi kifayət qədər güclüdür – 2024-cü ilin sonuna əmanətlərin 48%-i həcmində likvid aktivlər mövcud olub.
Fitch qeyd edir ki, AFB Bank-ın bazar payı sektor üzrə hələ ki az olsa da, pərakəndə və KOB müştəri seqmentlərinə yönəlmiş strategiyası nəticəsində, kredit satışında ciddi artımlar gözlənilir.  
AFB Bank-ın 2025-ci ilin ilk yarısı üzrə əsas maliyyə nəticələri bankın sürətli inkişafı hədəflədiyini göstərir. Belə ki:
Xalis mənfəət: 2.7 milyon manat – bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.3 dəfə artım deməkdir;
• Kredit portfelində 19% artım olmuşdur ki, burda da əsas orta və iri biznes kreditlərində 40%, mikro kredit portfelində isə 2.5 dəfə artım müşahidə edilmişdir;
• Müddətli əmanət portfelində 50%-dən çox artım müşahidə olunub.
    Fitch Ratings tərəfindən verilmiş qiymətləndirmə AFB Bank-ın güclü kapital dayanıqlığını, stabil maliyyə nəticələrini, yüksək likvidlik ehtiyatlarını və aktivlərin keyfiyyətində müşahidə olunan müsbət dinamikanı əks etdirir. Bu göstəricilər Bankın mövcud strateji xəttinin düzgünlüyünü və davamlı inkişaf potensialını nümayiş etdirir. / banker.az

Banklar     Tarix: 07 avqust 2025

Oxşar xəbərlər

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler rubl mezenne bitcoin birbank leobank kart