AFB Bank beynəlxalq Fitch Ratings agentliyi tərəfindən "B" reytinqi və "Stabil" proqnozla qiymətləndirildi
Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a "B" uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil" proqnoz verib.
AFB Bank-ın yaydığı press-relizdə bildirilir ki, reytinq Bankın yaxşı kapitallaşması, yetərli likvidlik ehtiyatları və stabil mənfəətliliyi ilə əsaslandırılıb. AFB Bankın gələcək strategiyası biznes modelinin diversifikasiyası və risk idarəetməsinin gücləndirilməsinə yönəlib. Agentlik bankın risklərin idarə olunmasına yanaşmasını və kommersiya bazarındakı mövqeyini tədricən gücləndirdiyini qeyd edib.
Fitch tərəfindən Bankın Viability Rating (VR) "b", qısamüddətli IDR-ləri isə "B" səviyyəsində müəyyən edilib.
Fitch-in qiymətləndirməsində vurğulanan əsas məqamlar:
• Fitch Ratings AFB Bank-a "B" uzunmüddətli kredit reytinqi və stabil görünüş (Stable Outlook) verib.
• Bankın kapital mövqeyi güclüdür – 2024-cü ilin sonuna Fitch Core Capital nisbəti 36%, 1H25 üçün Tier 1 nisbəti isə 32% təşkil edib.
• Likvidlik buferi kifayət qədər güclüdür – 2024-cü ilin sonuna əmanətlərin 48%-i həcmində likvid aktivlər mövcud olub.
Fitch qeyd edir ki, AFB Bank-ın bazar payı sektor üzrə hələ ki az olsa da, pərakəndə və KOB müştəri seqmentlərinə yönəlmiş strategiyası nəticəsində, kredit satışında ciddi artımlar gözlənilir.
AFB Bank-ın 2025-ci ilin ilk yarısı üzrə əsas maliyyə nəticələri bankın sürətli inkişafı hədəflədiyini göstərir. Belə ki:
• Xalis mənfəət: 2.7 milyon manat – bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.3 dəfə artım deməkdir;
• Kredit portfelində 19% artım olmuşdur ki, burda da əsas orta və iri biznes kreditlərində 40%, mikro kredit portfelində isə 2.5 dəfə artım müşahidə edilmişdir;
• Müddətli əmanət portfelində 50%-dən çox artım müşahidə olunub.
"Fitch Ratings tərəfindən verilmiş qiymətləndirmə AFB Bank-ın güclü kapital dayanıqlığını, stabil maliyyə nəticələrini, yüksək likvidlik ehtiyatlarını və aktivlərin keyfiyyətində müşahidə olunan müsbət dinamikanı əks etdirir. Bu göstəricilər Bankın mövcud strateji xəttinin düzgünlüyünü və davamlı inkişaf potensialını nümayiş etdirir", - Bankın məlumatında bildirilir. / marja.az

NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına - LAYİQ GÖRÜLÜB
"Bank Nəzarəti Strategiyası" təsdiq edilib - AÇIQLAMA
ABB-dən "Fayda Max Abunəlik" proqramı
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
Rabitəbank Xankəndidə "Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu" təşkil edib
Bu pullarda heyvan və quşların şəkilləri olacaq
ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirildi
"Neftyoltikintitəmir"də rəhbərliyi dəyişir - YENİ SƏDR SEÇİLƏCƏK
Biznes nədir?
Necə Bitcoin almaq olar?
Marketinq nə demədir?
IBAN nədir?
Dünyanın ən çox maaş verən şirkətləri