AFB Bank "Qəbələ" Futbol Klubu ilə yeni əməkdaşlığa başladı – Futbola Yeni Enerji Gəlir

AFB Bank ®AFB Bank, ölkəmizdə idmanın və xüsusilə futbolun inkişafına verilən dəstəyə qatqı olaraq, "Qəbələ" Futbol Klubu ilə yeni sponsorluq müqaviləsi imzalayıb. Bu əməkdaşlıq çərçivəsində il boyu müxtəlif təşəbbüslər həyata keçiriləcək və futbolsevərlərə unudulmaz anlar bəxş ediləcək.
İlk addım olaraq, #AxtardığınFutbolBurada mesajı ilə klubun rəsmi avtobusu AFB Bank tərəfindən xüsusi dizayn edilərək istifadəyə verildi. Bu şüar həm futbolsevərlərə ümid dolu mesaj verir, həm də təsadüfi deyil ki, AFB Bank adının baş hərfləri ilə üst-üstə düşür. Beləliklə, "AFB" həm bankı, həm də futbol sevgisini birləşdirən güclü simvola çevrilir. Avtobusun şəhər küçələrində görünməsi futbolun nəfəsini hər yerdə hiss etdirməklə yanaşı, azarkeşlər arasında böyük maraq doğurur və komanda ruhunu daha da gücləndirir.
Əməkdaşlığın növbəti mərhələsi kimi, AFB Bank-ın korporativ rəngləri və loqosundan ilhamlanaraq "Qəbələ" FK-nın yeni forması dizayn edilib. Bu forma həm klubun ənənələrini qoruyur, həm də tərəfdaşlıq ruhunu əks etdir.
Bank rəhbərliyinin bildirdiyinə görə, "Bizim üçün idmana dəstək yalnız sponsorluq deyil, gənclərin sağlam həyat tərzini təşviq etmək və milli idman mədəniyyətinin inkişafına töhfə verməkdir. Qəbələ FK ilə əməkdaşlıq bu istiqamətdə atdığımız mühüm addımlardan biridir."
AFB Bank və "Qəbələ" Futbol Klubu gücünü birləşdirərək komanda ruhuna, azarkeş sevgisinə və idmana yeni enerjini hədəfləyir. / banker.az

Banklar     Tarix: 27 avqust 2025

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların


iqtisadi xeberler birbank online pul qazanmaq internetden pul qazanmaq bitkoin almaq