AFB Bank yeni "Neftçilər" filialını istifadəyə verdi

AFB Bank yeni ®AFB Bank müştəri xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə filial şəbəkəsini genişləndirir. Bankın 12-ci satış nöqtəsi olan "Neftçilər" filialı bugündən rəsmi olaraq fəaliyyətə başlayıb.
Yeni filialın açılış mərasimində AFB Bank-ın Müşahidə Şurasının sədri Vüsal Şahverdiyev, İdarə Heyətinin sədri Amid Qənbərov, İdarə Heyətinin üzvləri, filial direktoru, eləcə də Bankın biznes və digər departamentlərinin direktorları iştirak ediblər.
"Neftçilər" filialı müştərilərə AFB Bank-ın bütün əsas bank məhsul və xidmətlərini təqdim edəcək. Filialda istehlak kreditləri, biznes və KOB kreditləri, əmanətlər, hesablaşma, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətlərindən yararlanmaq mümkündür.
AFB Bank müştəriyönümlü yanaşmanı əsas prinsip kimi qəbul edərək, paytaxt və regionlar üzrə bank xidmətlərinin daha çevik, rahat və əlçatan formada təqdim olunmasını prioritet hesab edir.
AFB Bank-ın İdarə Heyətinin sədri Amid Qənbərov yeni filialın açılışı ilə bağlı bildirib:
""Neftçilər" filialının açılışı AFB Bank-ın inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Məqsədimiz müştərilərimizə daha yaxın olmaq, onların ehtiyaclarına operativ və keyfiyyətli bank həlləri təqdim etməkdir. Filial şəbəkəmizin genişləndirilməsi bank xidmətlərinin əlçatanlığını artırmaqla yanaşı, müştəri məmnuniyyətinin yüksəldilməsinə də xidmət edir."
Qeyd edək ki, AFB Bank filial şəbəkəsinin genişləndirilməsi və xidmət modelinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirməyi planlaşdırır. Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bank tərəfindən həyata keçirilən Transformasiya Strategiyası müştəriyönümlü həllərin genişləndirilməsini, rəqəmsal xidmətlərin inkişafını və həm fərdi, həm də biznes müştəriləri üçün daha əlverişli imkanların yaradılmasını hədəfləyir.
Neftçilər filialının ünvanı: Bakı şəhəri, Nizami rayonu, Musa Əliyev küçəsi, giriş 83. Əlaqə nömrəsi: 1545
AFB Bank yeni  AFB Bank yeni / banker.az

Banklar     Tarix: 16 dekabr 2025

Oxşar xəbərlər

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı

ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarə

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

ABB-də işçi sayı 4 mini ötdü

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) əməkdaşlarının sayını artırmağa davam edir. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 31 dekabr 2023-cü il tarixində bankda 3 494 nəfər çalışdığı halda

Bank sədri: "Artıq 10 milyon yox, 50 milyona yaxın müştəriyə xitab edəcəyik"

"ABB-nin Özbəkistanda həyata keçirdiyi ABB Davr layihəsinin səhmlərin hüquqi transferi ilə bağlı mərhələsinin qarşıdakı 7–10 gün ərzində tamamlanması gözlənilir. Bankın ABB Davr brendi altında fəaliyyətə isə təxminə


iqtisadi xeberler biznes krediti leobank kart iqtisadiyyat xeberleri bitkoin qiymeti