"AFB Bank"dan növbəti yenilik: "Apple Pay" xidməti aktivləşdi
(©) Təmassız ödənişlər hazırda bank kartları sahiblərinin ən geniş istifadə etdiyi texnoloji həllərdəndir və "AFB Bank" bununla bağlı ən son yenilikləri uğurla tətbiq edir. Belə ki, "Apple" cihazları olan "AFB Bank" müştəriləri 13 iyun 2023-cü il tarixindən etibarən "Apple Pay" xidmətindən istifadə edə bilərlər.
Təmassız ödənişləri karta ehtiyac olmadan rahat və sürətli şəkildə etməyə imkan verən yeni nəsil ödəniş üsulunu POS-terminallarda, alış-veriş saytlarında, mağazalarda, bir sözlə, təmassız ödənişin mümkün olduğu hər yerdə istifadə etmək olar. Müştərilər üçün vacib olan təhlükəsizlik də "Apple Pay"də yüksək səviyyədədir. Karta dair, eləcə də edilən əməliyyatlar barədə məlumatlar qorunur və 3-cü şəxslərə ötürülmür.
Xidməti aktivləşdirmək üçün kartınızı "AFB Bank"ın mobil tətbiqinə və ya "Apple Wallet" tətbiqinə əlavə etməyiniz lazımdır.
Qeyd edək ki, bankın bu və digər xidmətləri barədə ətraflı məlumatı afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə etmək mümkündür.
Daima inkişafda olan "AFB Bank" həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri - kredit, kartlar, əmanət, depozit, köçürmə və s. təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir. / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Cash Back nədir?
Onlayn biznes növləri
ZARA-nın uğur hekayəsi
SMM nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri