"AFB Bank"dan təbiətin yaşıllaşdırılmasına dəstək

®"AFB Bank" ətraf mühitin mühafizəsi, təbiətin yaşıllaşdırılması istiqamətindəki fəaliyyətlərini davam etdirir.
Bu məqsədlə bank Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirib. Aksiyada bankın əməkdaşları ərazinin mühitinə uyğunlaşa bilməsi ilə seçilən ağacların əkilməsini və baxım işlərini həyata keçiriblər.
Aksiya, ekoloji maarifləndirməni artırmaqla yanaşı, Bankımızın fəaliyyətinə Ekoloji, Sosial və İdarəetmə (ESİ) prinsiplərini inteqrasiya etmək istiqamətində atılan vacib addımlardan biridir. Bu kimi təşəbbüslər həm cəmiyyətə, həm də ətraf mühitə verdiyimiz dəyərin bir göstəricisidir.
Ağacəkmə aksiyası bankın yaxın zamanlarda təqdim etdiyi "MONO ECO" eko kart layihəsi ilə də birbaşa əlaqəlidir.
Məlumat üçün bildirək ki, "AFB Bank"ın "VİSA"nın dəstəyi ilə həyata keçirdiyi "MONO ECO" kart layihəsində ekologiya dostu materialdan hazırlanmış kartlar müştərilərin istifadəsinə verilib. 
Bank sektorunda plastik kartlara alternativ ola biləcək eko kartları tanıtmaq məqsədi ilə həyata keçirilən bu layihə Azərbaycanda eko kartların istifadəsinin artımına təkan verə bilər. Bu kartlar "ISO 7810" və "NCITS 322" sertifikatlarına malik  tam ekoloji materialdan hazırlanır. Kartın xüsusi materialı təbiətdə parçalana bilmə xüsusiyyəti ilə seçilir.
Qeyd edək ki, "MONO ECO" kart layihəsində "AFB Bank" təşəbbüs ilə çıxış edərək kart əldə hər bir müştəri adına 1 ağac əkiləcəyini də bildirib. Müşfiqabad qəsəbəsində keçirilən aksiyadakı ağacların bir qismi də elə eko kart əldə edən müştərilərin adına əkilib.
Onu da bildirək ki, layihə çərçivəsinə bank məktəblilər üçün maarifləndirici tədbir də həyata keçirib. "Avropa Azərbaycan" məktəbində baş tutan tədbirdə məktəblilərə bank kartları barədə məlumat verilmiş, istifadəsi ilə bağlı mühüm məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda, ətraf mühitin mühafizəsi barəsində danışarkən bankın "MONO" eko kartı da uşaqlara ekologiya dostu məhsullara bir nümunə olaraq göstərilib.
"AFB Bank" layihələri ilə istər COP29 ərəfəsində, istər sonrakı dövrdə ölkədə keçirilən tədbirlərə öz dəstəyini nümayiş etdirib.
Xatırladaq ki, ölkənin inkişaf edən banklarından olan "AFB Bank" ASC hazırda 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətləri təklif edir. Filial şəbəkəsi Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərini də əhatə edir.
/ banker.az

Banklar     Tarix: 19 dekabr 2024

Oxşar xəbərlər

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir


iqtisadi xeberler dollar məzənnəsi bitkoin almaq en son xeberler pul qazanmaq