Ağalarovun Bakıdakı şirkətləri adlarından - "Crocus"u GÖTÜRÜR
Rusiyada yaşayan Ağalarovlar ailəsinin Azərbaycandakı şirkətlərinin adından "Crocus" brendi götürülür.
Ağalarov Bakı yaxınlığında yeni şəhərcik yaradır - OTELLƏR, MƏNZİLLƏR, MALL-LAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, son bir ayda adları dəyişdirilənlər "Crocus Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Crocus Event Baku" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Hər iki şirkət Rusiyada mənzillənən "Crocus"un törəmələridir.
Belə ki, "Crocus Construction" MMC adını dəyişərək, "One Construction" MMC-yə, "Crocus Event Baku" MMC isə "Agalarov Event" MMC-yə çevriliblər.
İki şirkət müvafiq olaraq 2010 və 2020-ci illərdə təsis edilib. Şirkətin direktoru Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun yaxın qohum sayılan Cəmilə Ağalarovadır.
C.Ağalarova, Azərbaycanda fəaliyyətdə olan "Crocus Trading", "Crocus Fitness", "Crocus Plus" və "Crocus İnteriors" MMC kimi şirkətlərə rəhbərlik edir.
Xatırladaq ki, Araz Ağalarov 2018-ci ildə ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına 96 rusiyalı biznesmen ilə birgə daxil edilmişdi, lakin cari ildə o hansısa sanksiya ilə üzləşməyib.

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Dünyanın ən varlı 10 adamı
İKEA şirkətinin tarixi