Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
Aqrar Sığorta Fondu pambıq bitkisi üzrə fermerlərə zərər ödənişlərini davam etdirir. Ötən il aqrar sığorta ilə təminat altına alınan pambıq sahələrinin bir qismi fırtına, dolu və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərərə məruz qalıb.
Fondun yaydığı məlumatda bildirilir ki, Ağdam rayonunda keçirilən tədbirdə sahələrini sığortalayan pambıqçı fermerlərə Fondun əməkdaşları tərəfindən ödənişlər təqdim edilib. Rayon üzrə pambıq sahələri dolu riskindən zərər çəkən 55 nəfər fermerə 76000 manata yaxın sığorta ödənişi verilib.
Qeyd edək ki, indiyədək Ağdam, Tərtər, Bərdə, İmişli, Goranboy rayonlarında pambıq sahələri dolu, sel, subasma və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərər görmüş 60 fermerə 116 min manatdan çox zərər ödənişi olunub.
Ümumilikdə ölkə üzrə 106 pambıqçı fermerə 400 min manat sığorta məbləği ödənilməsi nəzərdə tutulur. / marja.az
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır
"Yelo Bank"da çalışanların sayı açıqlandı
"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı
Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano