Agentlik rəhbəri: "Xüsusi kapital dövlət məqsədləri üçün cəlb edilir, büdcənin yükü azalır"
Azərbaycan Prezidentinin təsdiq etdiyi 2030-cu il üçün Milli Prioritetlər sırasında yer alan hədəflərdən biri də dövlət-özəl əməkdaşlığının inkişafı və korporativ idarəetmənin daha da gücləndirilməsidir.
FED.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, bu gün Bakıda keçirilən CEO Cummit tədbirində bildirib.
"Müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan ölkələrin təcrübəsinin təhlili göstərir ki, bu tip əməkdaşlıqlar nəqliyyat, sosial infrastuktur, kommunal sektorlarında daha uğurla tətbiq olunur. Həmçinin dövlət-özəl əməkdaşlığı sahəsində layihələrin uğurla həyata keçirilməsi nəticəsində sosialyönümlü bir sıra çətinliklər aradan qaldırıla bilər"-deyə KOBİA rəhbəri bildirib.
O.Məmmədov bildirib ki, dövlət özəl əməkdaşlığı xüsusi kapitalın, daxili investisiyaların dövlət məqsədləri üçün cəlb edilməsinə imkan yaranır, dövlət büdcəsinin yükü azaldılır, dövlət xidmətlərinin keyfiyyəti yüksəlir. "Biz KOBİA olaraq dövlət-özəl əməkdaşlığı layihələrinin inkişaf etdirilməsində maraqlıyıq".

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Dünyanın ən varlı 10 adamı
İKEA şirkətinin tarixi