Aİ-dan yeni süni intellekt strategiyası

Aİ-dan yeni süni intellekt strategiyasıAvropa İttifaqı (AB), süni intellekt sahəsində ABŞ və Çin ilə rəqabət apara bilmək üçün sənaye və elm sahələrində süni intellektin istifadəsini artırmağı nəzərdə tutan yeni bir plan hazırlayıb.

Biznes.az xəbər verir ki, AB Komissiyası süni intellekt sahəsində rəqiblərin geridə qalmaması üçün hazırlanan "Süni İntellektin Tətbiq Strategiyası" və "Elm Sahəsində Süni İntellekt Strategiyası"nı ictimaiyyətlə paylaşıb.

Həmin strategiyalara görə, AB ölkələrinin süni intellekt sahəsində qabaqcıl rol oynaya bilməsi üçün addımlar atılacaq.

Bu çərçivədə Avropanın əsas sənaye sahələrində və dövlət sektorunda süni intellektin istifadəsi sürətləndiriləcək.

Səhiyyə, dərman, enerji, nəqliyyat, istehsal, tikinti, kənd təsərrüfatı, qida, müdafiə, kommunikasiya və mədəniyyət kimi sahələrdə süni intellektin qəbul olunması və istifadəsi təşviq ediləcək.

KOBİ-lərə süni intellekt sahəsində xüsusi ehtiyacları üzrə dəstək veriləcək və əməliyyatlarına inteqrasiya etmələrinə kömək olunacaq.
Süni intellektin istifadəsini yaymaq və yeni tədbirləri dəstəkləmək üçün AB Komissiyası təxminən 1 milyard avro maliyyə vəsaiti ayıracaq.

Strategiya çərçivəsində dövlət xidmətlərinin səmərəliliyi və əlçatanlığı süni intellekt vasitəsilə artırılacaq.
AB işçi qüvvəsinin süni intellektə daha hazırlıqlı olması təmin ediləcək.

Qabaqcıl süni intellekt aktorlarını bir araya gətirmək və bu sahədə innovasiyanı dəstəkləmək üçün yeni təşəbbüs başlanacaq.
Süni intellekt sahəsində dünya miqyasında elmi istedadların və yüksək ixtisaslı mütəxəssislərin Avropaya cəlb edilməsi üçün müxtəlif tədbirlər görüləcək.
İllik investisiyalar iki dəfə artırılacaq.

Süni intellekt trendlərini izləmək və sektoral təsirləri qiymətləndirmək üçün bir süni intellekt "gözətçi mərkəzi" yaradılacaq.
AB-nin tədqiqat proqramı Ufuk Avropa, elmi məqsədli hesablama əməliyyatlarına və süni intellekt gigafabrikalarına çıxışı inkişaf etdirmək üçün 600 milyon avro vəsait ayıracaq. Ufuk Avropa proqramının süni intellekt sahəsində illik investisiyaları iki dəfə artırılaraq 3 milyard avronu ötəcək.
Alimlərə süni intellektdən istifadə üçün lazım olan məlumat dəstlərini toplama, tənzimləmə və inteqrasiya etmələrinə dəstək veriləcək.
AB-nin sərt qaydaları və yavaş bürokratiyası süni intellekt sahəsində model və sistemlərin hazırlanması üçün məlumat istifadəsini çətinləşdirir.
Böyük texnologiya şirkətləri də Avropadakı qanunvericiliyin qarşısında əngəl yaratdığını bildirir.

Xəbərlər     Tarix: 09 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki


iqtisadi xeberler kicik biznes birbank biznes krediti valyuta mezennesi