AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıbAvropa İnvestisiya Bankı (AİB) Azərbaycanda ilk dəfə olaraq dövlət sektorunda rəqəmsal infrastrukturun inkişafı üçün kredit ayırıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "AzInTelecom" MMC-nin iki yeni Data Mərkəzinin tikintisi üçün sərf olunacaq kreditin məbləği 43 milyon avro təşkil edib. Layihənin məqsədi dövlət şirkəti tərəfindən təqdim olunan "bulud" xidmətlərini daha da genişləndirmək və əlçatan etməkdir.
Dekabrın 20-də kredit sazişinin təsdiqlənməsi ilə bağlı "AzInTelecom" MMC-nin inzibati binasında imzalanma mərasimi keçirilib.
Layihə ilə bağlı AİB-nin vitse-prezidenti Teresa Çervinska Azərbaycanın dövlət sektoruna ilk kredit dəstəyini rəsmiləşdirməkdən məmnun olduqlarını bildirib: "Məlumat əlçatanlığının təkmilləşdirilməsi və davamlı rəqəmsal transformasiyanın təşviqi Avropa İnvestisiya Bankının əsas prioritetləri sırasındadır. İnnovasiya və şəffaflığa yönəlmiş bu sərmayə təkcə dövlət idarəçiliyinin müasirləşdirilməsinə deyil, həm də davamlı iqtisadi artıma və sosial tərəqqiyə töhfə verəcəkdir".
Azərbaycan tərəfdən müqaviləni imzalayan "AzInTelecom" MMC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Elxan Əzizov bildirib ki, bu layihə ölkədə gedən rəqəmsal transformasiyaya mühüm təkan verəcək: "Bu layihənin reallaşması ilə istər kiçik, istər böyük qurumlar üçün bulud xidmətləri daha əlçatan olacaq. Təbii ki, bu da öz növbəsində Azərbaycanda rəqəmsal ekosistemin inkişafına birbaşa müsbət təsirini göstərəcək. Onu da qeyd edim ki, Abşeron və Hacıqabul rayonlarında tikilməsi nəzərdə tutulan hər iki Data Mərkəzin inşası yaşıl texnologiyalar əsasında aparılacaq". 
Qeyd edək ki, bu təşəbbüs Avropa İttifaqının Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planına (EIP), eləcə də "Global Gateway" strategiyasına uyğun olaraq həyata keçirilir. Eyni zamanda Avropa İttifaqının regionda dayanıqlı inkişafı və rəqəmsal transformasiyanı təşviq etmək öhdəliyini vurğulayır.
"AzInTelecom" MMC Azərbaycanın ən böyük "bulud" provayderi, Cənubi Qafqazda isə Data Mərkəzləri ilə bağlı beynəlxalq nüfuzlu "TIER 3" sertifikatını alan ilk qurumdur. Şirkət hazırda Bakı və Yevlax şəhərlərində yerləşən Data Mərkəzləri üzərindən dövlət və özəl sektorda 200-dən çox quruma "bulud" xidmətləri göstərir.
AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıbAİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıbAİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıbAİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb/ banker.az

Banklar     Tarix: 20 dekabr 2024

Oxşar xəbərlər

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir


iqtisadi xeberler dollar məzənnəsi bitkoin almaq en son xeberler pul qazanmaq