AKUSTİKANIN YENİ STANDARTI: HUAWEI FreeBuds 6i mükəmməl kənar səs azaldıcı funksiyası ilə qarşınızda

AKUSTİKANIN YENİ STANDARTI: HUAWEI FreeBuds 6i mükəmməl kənar səs azaldıcı funksiyası ilə qarşınızda®HUAWEI FreeBuds 6i simsiz qulaqlıqları – musiqiyə həqiqi dəyər verənlər üçün nəfis seçimdir. Genişləndirilmiş drayverlər mükəmməl səsləndirməni təmin  edir, kənar səs  azaldıcılarının güclü sistemi sayəsində isə hətta ən səs-küylü yerlərdə belə sevimli melodiyaları dinləmək olur. Gəlin bu qulaqlıqların xüsusiyyətlərini ətraflı şəkildə araşdıraq.
AKUSTİKANIN YENİ STANDARTI: HUAWEI FreeBuds 6i mükəmməl kənar səs azaldıcı funksiyası ilə qarşınızdaMüasir dizayn
HUAWEI FreeBuds 6i təltif edilmiş dizaynı ilə seçilir. Qulaqlıqlar effektli cilalı örtüsü olan xüsusi möhkəm plastikdən hazırlanmışdır. Model seçiminizə uyğun olaraq ağ, qara və bənövşəyi rəng çalarlarına malikdir.
Cihazlar tələblərə uyğun formadadır, rahat və asan şəkildə qulaq kanalına yerləşdirilə bilir, aktiv hərəkətlər zamanı sabit qalır. Cihaz yumşaq silikon qulaq yastıqları sayəsində qulağa sıx və rahat yerləşir. Silikon taxmalar daha bir funksiya daşıyır – germetik  yerləşdirmə kənar səsləri  azaldır. Cihazın komplektinə bir neçə qulaq yastıqları (ambuşür) daxildir – hər istifadəçi öz ölçüsünə uyğununu seçə bilər.
Hər qulaqlığın çəkisi 5,4 qramdır – praktiki olaraq hətta bir neçə saatlıq istifadə müddətində belə qulaqlarda hiss olunmur. Model aktiv həyat tərzi keçirənlər – səyahət edənlər, idman zalında məşğul olanlar, qaçışçılar, hətta yağışda gəzənlər üçün çox münasibdir, çünki cihaz İP54 protokoluna uyğun olaraq toz və rütubətdən qoruyucularla təchiz edilmişdir.
Modelin oval şəkilli şarj qutusu sədəfli mirvariyə bənzəyir. 34 qramlıq kompakt keys qulaqlıqlar üçün şaquli maqnit yuvalarla təchiz olunmuşdur – onları yerləşdirmək və çıxarmaq çox rahat və asandır. Keys ovucumuza yerləşir, cibdə və çantada demək olar ki, çox yer tutmur. Təsadüfən qapağın açılması və qulaqlıqların düşməsi imkansızdır.
AKUSTİKANIN YENİ STANDARTI: HUAWEI FreeBuds 6i mükəmməl kənar səs azaldıcı funksiyası ilə qarşınızdaTexniki göstəricilər
Bu qulaqlıqlar 11 mm-lik genişlədilmiş dinamik drayverlər, səsin keyfiyyətini və həssaslığını artıran 4 güclü maqnitlə təchiz edilmişdir. Hər qulaqlıqda neyroşəbəkə alqoritmi əsasında çalışan 3 mikrofon, həmçinin kənar səsləri kənarlaşdıran kamera mövcuddur.  HUAWEI FreeBuds 6i –dən istifadə zamanı kənar səslərin səviyyəsindən asılı olmayaraq nitqiniz anlaşıqlı və mükəmməl səslənəcəkdir.
Rahat idarəetmə
Cihazların üst tərəfində sensor panellər yerləşdirilmişdir. Cihaz toxunuşla idarə olunur, sensorlar yüksək həssaslığa malikdirlər və komanda işarələrini dərhal qəbul edirlər.
Cihazın əlavə funksiyalarından istifadə etmək üçün HUAWEI AI Life tətbiqini yükləmək olar. Həmçinin jestlərin idarəedilməsini dəyişdirmək, ekvalayzerdən istifadə etmək, kənar səslərin azaldılmasını aktivləşdirmək və rejimini təyin etmək, enerji təchizatına nəzarət etmək kimi funksiyaları mövcuddur.
Parlaq və təmiz səs
Qulaqlıqlar Hi-Res sisteminə və müasir dönəmdə ən aktual olan LDAC və LHDC audio-kodeklərinə bağlı olduğu üçün keyfiyyətli səsə dəyər verənlərin sevgisini qazanmışlar. Tezliklərin 14-dən 40 000 Hersə qədər diapazona malik olması sevimli treklərin ən incə özəlliklərini ortaya çıxara bilir. Səsin dərinliyi və yüksək məqamları canlı, dramatik və güclü bas ahənglər ilə seçilir.  Xüsusi tətbiq vasitələri ilə dinlənilən kontenti ayarlamaq – məsələn, vokal fokusu seçmək, yüksək tezlikləri gücləndirmək mümkündür.
AKUSTİKANIN YENİ STANDARTI: HUAWEI FreeBuds 6i mükəmməl kənar səs azaldıcı funksiyası ilə qarşınızdaAğıllı dinamik kənar səs ləğvi ANC 3.0
HUAWEI FreeBuds 6i cihazının əsas xüsusiyyəti – təkmilləşdirilmiş və uyğunlaşdırılmış intellektual sistem olan ağıllı dinamik kənar səs ləğvi ANC 3.0-dır. 34 ssenari üzrə təlim görmüş alqoritmlər sayəsində səslərin intensivliyi  öyrənilir və effektiv şəkildə filtrədən keçir. Magistral yolunun gurultusunu azaltmaq və ya ofisdə əməkdaşların yüksək səslərini eşitməmək üçün istifadəçinin cihazın səsini artırmasına ehtiyac yoxdur.
Digər cihazlara qoşulma
Qulaqlıqların xoş cəhətlərindən biri də eyni zamanda iki siqnal mənbəyinə qoşula bilməsidir. Bu texnologiyanın rahatlığını qiymətləndirən istifadəçi oyun və film seyri zamanı eyni anda telefon zənginə cavab verə, smart-saat bildirişlərini izləyə bilər. Həmçinin Audio Sharing birgə dinləmə funksiyası vardır ki, o yalnız  HUAWEI smartfonlarında keçərlidir.
Uzun müddətli çalışma və sürətli enerji təchizatı
Modelin daha bir xoş cəhəti – uzunmüddətli çalışmasıdır. Belə ki, qulaqlıqları şarj etmədən 8 saata qədər istifadə etmək olar. Keys bu müddəti 35 saata qədər artırır. 10 dəqiqəlik sürətli rejimdə şarj yetərlidir ki, qulaqlıqlar 4 saata qədər işləsin.
AKUSTİKANIN YENİ STANDARTI: HUAWEI FreeBuds 6i mükəmməl kənar səs azaldıcı funksiyası ilə qarşınızdaNəticə
HUAWEI FreeBuds 6i — TWS qulaqlıqları aləmində  yeni "incidir". Cihaz dəbli dizaynı, yüksək keyfiyyətli səs ayarları, kənar səslərin intellektual azaldılması sistemi, toza və suya qarşı dayanıqlı olması ilə seçilir. Bu model rahatlıq və yüksək keyfiyyəti dəyərləndirən tələbkar istifadəçilər üçün həqiqi mənada nadir tapıntıdır.
FreeBuds 6i qulaqlıqları artıq satışa çıxarılıb və siz onları elektronika mağazalarından əldə edə bilərsiniz. / banker.az

Xəbərlər     Tarix: 26 iyul 2024

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina


iqtisadi xeberler 1000 manatla biznes biznes xeberleri internetden pul qazanmaq biznes qurmaq