Alman dərman sənayesi Trampın tarif qərarına qarşı çıxdı

Alman dərman sənayesi Trampın tarif qərarına qarşı çıxdıAlman Əczaçılıq Şirkətləri Assosiasiyası (VFA) ABŞ prezidenti Donald Trampın dərmanlara 100 faiz rüsum tətbiq etməsi qərarının Almaniyada yerləşən əczaçılıq şirkətlərinə ağır zərbə vuracağını bildirib.

Biznes.az xəbər verir ki, Həmkarlar ittifaqı verdiyi açıqlamada Trampın dərmanlara 100 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı açıqladığı qərarı sərt şəkildə tənqid edib.
Bildirilib ki, Trampın qərarı həyata keçərsə, Almaniyada yerləşən dərman şirkətlərinə ağır zərbə vuracaq və əvvəlki transatlantik razılaşmaları pozacaq.

Açıqlamada vurğulanıb ki, qərar ABŞ və Avropa İttifaqı arasında 15% tarif həddi nəzərdə tutan əvvəlki ticarət razılaşmalarına ziddir:

"Planlar elan edildiyi kimi oktyabrın 1-dən həyata keçirilərsə, bu, Almaniya və Avropanın əczaçılıq sistemində ciddi pozulmalara səbəb olacaq. Qlobal əczaçılıq sənayesi sabit şərait və açıq dünya bazarları tələb edir".

Qeyd edək ki, Tramp ABŞ-da yerləşən Truth Social hesabında yeni məhsul qruplarına tarifləri açıqlayıb. Bu məhsul qrupları arasında əczaçılıq məhsulları var və Tramp, ABŞ-da hələ istehsal müəssisələri inşa etməmiş şirkətlərin oktyabrın 1-dən etibarən markalı və ya patentli əczaçılıq məhsullarına 100% tarif tətbiq edəcəyini bildirib.

Əczaçılıq məhsullarına tarif qərarı ABŞ Ticarət Departamentinin aprel ayında idxal edilən dərmanlarla bağlı başlatdığı milli təhlükəsizlik araşdırmasından sonra verilib.
Administrasiya həmçinin, xüsusilə qlobal böhranlar zamanı dərmanlar üçün başqa ölkələrə güvənməklə bağlı riskləri azaltmağı hədəfləyir.

Tramp administrasiyası xaricdən gətirilən dərmanların qiymətini artırmağı, yerli alternativləri daha cəlbedici etməyi hədəfləyir.

Xəbərlər     Tarix: 27 sentyabr 2025

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitcoin dollar manat kursu valyuta mezennesi biznes ideyalari