Almaniyanın xidmət sektoru bərpa olunur

Almaniyanın xidmət sektoru bərpa olunurAlmaniyanın xidmət sektoru sentyabr ayında iş həcmi baxımından son 8 ayın ən güclü artımını qeydə alaraq bərpa siqnalları verib. HCOB Almaniya Xidmət PMI İndeksi avqustdakı 49,3 səviyyəsindən 51,5-ə yüksələrək yenidən böyümə zonasına qayıdıb.

Biznes.az xəbər verir ki, HCOB (Hamburg Commercial Bank )Almaniya Birləşmiş PMI çıxış İndeksi də 16 ayın zirvəsi olan 52,0 səviyyəsinə qalxaraq həm xidmət, həm də istehsal sektorlarında artımın əlamətlərini göstərib.

Nəzərə çatdıraq ki, HCOB Almaniyada yerləşən bir kommersiya bankıdır və xüsusilə maliyyə, investisiya və iqtisadi araşdırmalar sahəsində fəaliyyət göstərir. HCOB, PMI (Satınalma Menecerləri İndeksi) kimi iqtisadi göstəriciləri hesablamaq və yayımlamaq üzrə S&P Global ilə əməkdaşlıq edir.

Yəni "HCOB Almanya Hizmet PMI" dedikdə, Hamburg Commercial Bank tərəfindən hazırlanmış Almaniya xidmət sektoru fəaliyyət indeksi nəzərdə tutulur.
Lakin yeni sifarişlərin ikinci ay ardıcıl azalması sektorda zəif tələbi əks etdirib. Xidmət sektorunda işdən çıxarılmalar son beş ilin ən yüksək səviyyəsinə çatıb. Şirkətlər mövcud layihələri tamamlayaraq fəaliyyətlərini davam etdirib. Belə ki, iş yığımları azalıb və istehsal gücünə təzyiq aşağı səviyyədə qalıb.

Xərc tərəfdə isə əməkhaqqı və əməliyyat xərcləri artmaqda davam edib, çıxış qiymətləri uzunmüddətli orta səviyyəni keçib. Hamburg Commercial Bankın baş iqtisadçısı Dr. Cyrus de la Rubia bildirib: "PMI göstəriciləri ümumilikdə ümidverici olsa da, zəif tələbin davam etməsi xüsusi sektorda dayanıqlı böyümə ilə bağlı suallar yaradır. Əməkhaqqı və xərc təzyiqləri, satışdakı çətinliklərlə birləşərək şirkətlər üçün ciddi yük formalaşdırır."

Gələcəyə baxışda, xidmət şirkətlərinin nikbinliyi istehsaldakı zəifliyi balanslaşdıraraq sabit qalıb. Xidmət sektorundakı canlanma Almaniyanın xüsusi sektorunda məhdud bərpa siqnalları versə də, tələbin güclənməsi və yeni iş yerlərinin yaradılması yaxın dövrdə həlledici olacaq.

Xəbərlər     Tarix: 05 oktyabr 2025

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Pensiyalar eyni faizlə artırılmayacaq

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto