AMB bank sektoru üzrə növbəti tədbirləri müəyyənləşdirib

AMB bank sektoru üzrə növbəti tədbirləri müəyyənləşdiribAzərbaycan Mərkəzi Bankı (AMB) bank sektoru üzrə növbəti mərhələdə həyata keçiriləcək tədbirləri müəyyənləşdirib.
Banker bu barədə AMB-ə istinadən xəbər verir.
Mərkəzi Bankın "2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişaf strategiyasının 2025-ci il üzrə icra vəziyyəti hesabatı"na əsasən, nəzarət sistemində risk əsaslı tənzimləmə modelinə uyğun olaraq nəzarət proseslərinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Sənəddə qeyd olunub ki, bank nəzarəti çərçivəsinin Bazel Əsas Prinsiplərinə uyğunluq səviyyəsinin artırılması məqsədilə uzunmüddətli likvidliyin idarə olunmasına dair yeni tələblər tətbiq ediləcək.
Bundan əlavə, bank rezolyusiyası üzrə qanunvericilik və normativ baza təkmilləşdiriləcək, eyni zamanda banklarda daxili kapital adekvatlığının qiymətləndirilməsi prosesi (ICAAP) üzrə tələblər hazırlanacaq və tətbiq prosesində banklara dəstək göstəriləcək.
Hesabata görə, bank sektorunda konsolidasiya edilmiş tənzimləmə və nəzarət yanaşmasının formalaşdırılması da prioritetlər sırasındadır.
Qeyri-bank kredit təşkilatlarının institusional potensialının gücləndirilməsi, onlar üçün alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi də planlaşdırılır.
Eyni zamanda alternativ maliyyələşdirmə alətləri üçün tənzimləyici mexanizmlərin yaradılması və uyğunlaşdırılması nəzərdə tutulur.
Mərkəzi Bankın planlarına "SupTech" (nəzarət texnologiyaları) həllərinin tətbiqi də daxildir.
Bununla yanaşı, İslam bankçılığı məhsullarına çıxış imkanlarının artırılması istiqamətində perspektivlərin müəyyən edilməsi, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, xüsusilə kənd təsərrüfatı şirkətlərinə maliyyə resurslarına çıxışın genişləndirilməsi hədəflənir. / banker.az

Banklar     Tarix: 28 aprel 2026

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq dollar məzənnəsi bitcoin qiymeti