AMB qərar verir: faiz endiriminə davam, yoxsa fasilə?

AMB qərar verir: faiz endiriminə davam, yoxsa fasilə?Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2 aprel 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin ikinci qərarını açıqlamağa hazırlaşır. Banker.az xəbər verir ki, qərar saat 11:00-da press-reliz formasında yayımlanacaq.
Son iclasların müqayisəsi göstərir ki, qurumun pul siyasəti tonu tədricən sərtləşmədən daha yumşaq mövqeyə keçib. Belə ki, 2025-ci ilin sentyabr və oktyabr iclaslarında uçot dərəcəsi 7% səviyyəsində dəyişməz saxlanılsa da, dekabr ayından etibarən faizlərin azaldılması mərhələsinə start verilib və bu proses 2026-cı ilin fevralında da davam edib.
AMB-nin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 4 fevral iclasında 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.
Son qərarların əsas motivasiyası inflyasiyanın hədəf diapazonu (2%-6%) daxilində sabitləşməsi və azalma meylinin müşahidə olunması ilə bağlı idi. 2025-ci ilin ortalarında inflyasiya 5–6% intervalında dəyişdiyi halda, ilin sonuna doğru və 2026-cı ilin əvvəlində eniş tendensiyası qeydə alınıb. Eyni zamanda baza inflyasiyanın hədəfə yaxınlaşması monetar yumşalma üçün əlavə imkan yaradılmasına işarə vardı.
Lakin iclasdan cəmi bir həftə sonra illik inflyasiyanın yanvarda 5.2%-dən 5.7%-ə yüksəldiyi təsdiqləndi. Fevralda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8%, qeyri-qida məhsulları üzrə 3.7%, ödənişli xidmətlər üzrə isə 5.7% artım qeydə alınıb. AMB-nin daha bir diqqətində olan idxal inflyasiyasıdır. 2026-cı ilin yanvar ayında idxal olunan malların qiymətləri 2025-ci ilin dekabr ayındakı səviyyə ilə müqayisədə artım göstərib. İdxal qiymət indeksi ümumilikdə illik müqayisədə 32.5% artım göstərib. 2025-ci ilin dekabrında 26.6% illik artım vardı.AMB qərar verir: faiz endiriminə davam, yoxsa fasilə?Faizlərin ardıcıl endirilməsinə baxmayaraq, bu tendensiya kredit bazarında hələ ki istiqamət üst-üstə düşmür. Yeni verilən kreditlərin orta faizi 17.69%-dən 18.87%-ə yüksəlib. Fiziki şəxslər üzrə 17.07%-dən 17.22%-ə, hüquqi şəxslər üzrə isə 11.63%-dən 11.83%-ə artım qeydə alınıb. Depozit faizləri isə əsasən uçot dərəcəsi ilə korrelyasiya edir. Beləliklə, AMB sədrinin dediyi kimi "avtonom faktor" kredit və depozit faizlərinin eyni istiqamətdə hərəkətinə hələ də mane olur.
Banklararası pul bazarında isə bençmark AZİR faizi 6.7%-dən 6.5%-ə yaxın səviyyəyə geriləyib. Son məlumata görə, 1 günlük təminatsız kreditlərin orta faizi 6.45% təşkil edib.
Qlobal mühitə gəldikdə, əvvəlki iclaslarla müqayisədə risklərin "nisbətən səngiməsi" vurğulansa da, hazırkı şərait fərqlidir. 28 fevral 2025-ci ildən etibarən ABŞ-İsrail və İran arasında gərginlik artıb, tərəflərin enerji infrastrukturunu hədəf alması və dünya neftinin 20%-nin daşındığı Hörmüz boğazı ətrafında risklərin yüksəlməsi bazarlara əlavə təzyiq yaradıb.
AMB yerli mediyaya bildirib ki, bu şəraitdə idxal inflyasiyasının artması ehtimalı diqqət mərkəzindədir və neft-qaz qiymətləri üzrə dəqiq proqnoz vermək çətindir. Bu, əsasən münaqişənin inkişaf istiqamətindən asılı olacaq.
Hazırda inflyasiyanın hədəf çərçivəsinin maksimumu sayılan 6%-ə yaxın səviyyədə lövbət salması və geosiyasi vəziyyət AMB-nin növbəti faiz endirimi ilə bağlı qərarında gözləmə mövqeyini seçməsinə səbəb ola bilər.
Əlavə olaraq, Niderlandın "ING Group"u Azərbaycanın 2026-cı ildə illik inflyasiyasını 5%, 2027-ci ildə isə 5.5% səviyyəsində proqnozlaşdırır. 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 6.5%-ni, 2027-ci ildə isə 1.7%-ni təşkil edəcək. Xarici ticarət profisiti 2026-cı ildə ÜDM-in 11.6%-i, 2027-ci ildə 6.6% gözlənilir. Neft qiymətlərinin artması və manatın sabitliyi valyuta bazarında riskləri azaldır. Digər proqnozlara görə, Dövlət Statistika Komitəsi 2026-cı ildə 4.8%, BMT 3.1%, Dünya Bankı 2.3%, Asiya İnkişaf Bankı 3.5%, "Moody"s" 3%, "Fitch Ratings" 4.6%, "Fitch Solutions" isə 2026-cı ildə 5.5% inflyasiya gözləyir.

Banklar     Tarix: 01 aprel 2026

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler 1000 manatla biznes emlak xeberleri leobank kart valyuta mezennesi