AMB: Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır

AMB: Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradırSüni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır.
Banker.az xəbər verir ki, bunu ​Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
"Biz hər zaman hazır vəziyyətdə olmalıyıq – yəni hər bir insidentə operativ reaksiya vermək və onların qarşısını almaq üçün davamlı hazırlıq vacibdir. Ümumilikdə süni intellektə gəlincə, hazırda bütün dünya bu texnologiyadan istifadə etməyə çalışır, bu, təbii olaraq müsbət qarşılanır və dəstəklənir. Süni intellekt işləri xeyli asanlaşdırır – əvvəllər saatlarla "Google"da axtarış aparılan məlumatlar indi bir neçə dəqiqə, hətta saniyə içində əldə olunur. Lakin burada vacib bir məqam var – suverenlik anlayışı. Biz fərdi və həssas məlumatları heç bir halda süni intellekt sistemlərinə ötürməməliyik. Çünki istifadə etdiyimiz bir çox süni intellekt xidmətləri bulud əsaslıdır (cloud-based). Əgər təşkilat daxilində yerləşən (on-premise) sistemlərdən istifadə olunursa, bu müəyyən qədər daha nəzarətli ola bilər. Amma bulud sistemlərinə ötürülən fərdi məlumatlar ciddi təhlükəsizlik riskləri yarada bilər və həmin məlumatlar potensial olaraq bizə qarşı istifadə oluna bilər", – deyə o qeyd edib.
AMB rəsmisi həmçinin deyib ki, süni intellektin üstünlüklərini vurğulayarkən onun mənfi tərəflərini də nəzərə almaq vacibdir: "Hər hansı bir sənəd və yaxud məlumatla işləyərkən biz həmin datanın dəyərini və həssaslıq səviyyəsini düzgün qiymətləndirməliyik. Yəni bu data nə dərəcədə konfidensialdır, hansı hallarda paylaşılması mümkündür, bunu əvvəlcədən müəyyənləşdirməliyik. Bu qiymətləndirmədən sonra qərar verilməlidir. Ümumilikdə yanaşma ondan ibarətdir ki, bu proses böyük bir zəncir kimidir – bütün şirkətlər bir-birindən asılıdır və hər bir təşkilat öz kibergigiyenasına ciddi şəkildə diqqət yetirməlidir".

Banklar     Tarix: 03 iyun 2026

Oxşar xəbərlər

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi birbank valyuta xeberleri