Amerikalı nazir Çinin torpaq məhdudiyyətlərinə cavab verdi
"Çinin nadir torpaq mineralları satışlarıyla bağlı mövqeyinə qarşılıq mübarizə apara bilərik, ancaq, iki ölkə arasındakı artan gərginliyin azalma ehtimalı var".
Biznes.az xəbər verir ki, bu sözləri Amerikanın xəzinə naziri Skott Bessent bildirib. O, çərşənbə günü səhər CNBC-nin "Invest in America Forum" tədbirində çıxışı zamanı belə deyib:
"Çinin tətbiq etmək istədiyi nadir torpaq nəzarətlərindən daha güclü vasitələrimiz var. Onların ehtiyac duyduğu təyyarə mühərrikləri də daxil olmaqla. Bu sahədə bizim çox ciddi təsir gücümüz var".
"Bu, Çinlə dünyanın qalan hissəsi arasındakı məsələdir və komanda-nəzarət iqtisadiyyatındakı məmurlara dünyanın tədarük zəncirini idarə etməyə icazə verilməməlidir. Bu, ABŞ-Çin problemi deyil", – deyə Bessent əlavə edib.
Nazir həmçinin Vaşinqtonda çıxışı zamanı diplomatik mesaj da verib. Prezident Donald Tramp ilə Çin lideri Si Cinpinin etimada əsaslanan yaxşı münasibətlərə sahib olduqlarını və bunun ticarət gərginliyinin artmasının qarşısını almağa kömək etməli olduğunu söyləyib.
"Biz onların iqtisadiyyatına zərər vermək istəmirik. Onların da bizim iqtisadiyyatımıza zərər vermək istəmədiklərinə inanırıq", – deyə qeyd edib.
Bessent bildirib ki, Çinlə əlaqə saxlayırlar və Asiyaya edəcəyi səfər zamanı Çin Baş nazirinin müavini He Lifeng ilə görüşəcək. O həmçinin Tramp ilə Si Cinpinin də görüşəcəyini, indiyədək əldə olunan məlumatlara görə Trampın bu görüşə qatılmasının gözlənildiyini vurğulayıb.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?