Anthropic-in aparıcı mühəndisi: Süni intellekt agentlərindən istifadə tənhalığa gətirib çıxarır
Anthropic-də mühəndislik şöbəsinin rəhbəri Fiona Funq bildirib ki, mühəndislər süni intellekt agentlərinə nə qədər çox güvənməyə başlayıblarsa, iş prosesində bir-birindən bir o qədər uzaqlaşıblar.
"Claude Code komandasında müəyyən etdik ki, bir müddətdən sonra süni intellekt agentləri ilə işləmək daha tənha görünməyə başladı. Çünki hamımız onlara həddindən artıq aludə olmuşduq", — Funq qeyd edib.
Bu problemi aradan qaldırmaq üçün komanda əvvəlki iş qaydalarının bir hissəsini bərpa etməyə çalışıb. Proqramçılar üçün birgə naharlar, hakatonlar və ortaq "yaradıcılıq vaxtı" blokları təşkil olunmağa başlanıb ki, mühəndislər süni intellektdən istifadə nümunələri əsasında bir-birindən öyrənə bilsinlər.
"Hamı Claude Cowork-dan istifadə edir. Hər kəs onu öz iş prosesinə fərqli şəkildə inteqrasiya edir. Cüt proqramlaşdırma ilə məşğul olanda isə həqiqətən bir-birimizdən çox şey öyrənirik", — Funq izah edib.
Mühəndisin sözlərinə görə, komandası hər kəsin süni intellektdən fərqli şəkildə istifadə etməsinə baxmayaraq, əməkdaşlıq üçün daha çox imkan yaratmağa fokuslanıb.
"Hər dəfə kiminsə necə işlədiyini müşahidə edəndə mən özüm də nəsə öyrənirəm", — o bildirib.
Business Insider hələ 2025-ci ildə süni intellekt alətləri ilə işləyən mühəndislər arasında sorğu keçirmişdi. Sorğuda iştirak edənlər süni intellekt agentlərinin tətbiqindən sonra canlı ünsiyyətin və tapşırıqların birgə müzakirəsinin çatışmadığından şikayətlənmişdilər. / banker.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?