Aparıcı maliyyə qurumu Bank Respublika-ya 25 milyon manat kredit ayıracaq

Aparıcı maliyyə qurumu Bank Respublika-ya 25 milyon manat kredit ayıracaqAzərbaycanın maliyyə sektorunda mühüm yer tutan və real sektorun inkişafına davamlı dəstək göstərən aparıcı maliyyə institutlarından biri olan Bank Respublika ilə regionun nüfuzlu beynəlxalq maliyyə qurumlarından olan Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) arasında yeni maliyyə sazişi imzalanıb.
Marja xəbər verir ki, Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Banka 3 il müddətinə 25 milyon manat məbləğində kredit ayıracaq və vəsait milli valyutada təqdim ediləcək.

""Milli valyutada kreditləşmə kiçik və orta sahibkarlığın dəstəklənməsinin ən səmərəli yollarından biridir. Bu, sahibkarlara valyuta risklərinin yükü olmadan davamlı və inamlı şəkildə böyüməyə imkan yaradır. Bank Respublika ilə bu əməkdaşlıq yalnız tərəfdaşlığımızda yeni mərhələ deyil, həm də Azərbaycanın qeyri-neft iqtisadiyyatının gücləndirilməsi istiqamətində strateji addımdır. Birlikdə biz sahibkarlar üçün daha geniş imkanlar yaradır, innovasiyaları dəstəkləyir və uzunmüddətli iqtisadi dayanıqlığa töhfə veririk. BSTDB, ölkə üzrə dayanıqlı inkişaf və rifahı təşviq etməkdə Bank Respublika ilə yanaşı addımlamaqdan qürur duyur."– deyə BSTDB prezidenti Dr. Serhat Köksal bildirib.
 "Bu vəsait "Bank Respublika"nın ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın (KOB) maliyyə imkanlarını genişləndirməklə onların dayanıqlı inkişafına,  qeyri-neft sektorunun gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və  yeni biznes təşəbbüslərinin dəstəklənməsinə xidmət edəcək. "Bank Respublika"nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır. Biz Qara Dəniz Ticarət və İnkişaf Bankına əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlb olunan vəsaitlər real sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın kredit dəstəyini gücləndirməyə və bununla da ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək." - deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib

/ marja.az

Banklar     Tarix: 12 sentyabr 2025

Oxşar xəbərlər

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb. S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsin

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

Azərbaycanın strateji valyuta ehtiyatları $91 milyarda yüksəlib

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 1-nə 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7%, 2026-cı ilin yanvar-iyul aylarına nisbətən isə 12,2% çoxdur

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin avqust ayı üzrə ölkədə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb: /

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. Belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən  kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 50 AZ


iqtisadi xeberler investisiya rubl mezenne birbank 1000 manatla biznes