AQC Direktorlar Şurasının yığıncağı keçirilib – Birgə bəyanat qəbul edilib

AQC Direktorlar Şurasının yığıncağı keçirilib – Birgə bəyanat qəbul edilibAzərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks və institusional islahatlara dəstək verdiyini və bu istiqamətdə səylərini artıracağını bəyan edib
FED.az xəbər verir ki, toplantıda cəmiyyətə üzv olan 56 qiymətləndirmə şirkətinin rəhbərləri iştirak edib.
Yığıncaq torpaqlarımızın azadlığı urğunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub.
Giriş sözü ilə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bu ilin may ayında baş tutan hesabat yığıncağından keçən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Sədr bildirib ki, hesabat yığıncağından sonra  cəmiyyətin tam tərkibdə rəhbər heyəti formalaşdırılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və komitənin üzvləri, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, "Report" İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və adıçəkilən qurumların rəhbər heyətləri ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüşlər keçirilib. Bu görüşlərdə qarşılıqlı əməkdaşlıq və gələcək fəaliyyət istiqamətləri üzrə müvafiq razılaşmalar əldə olunub və işçi qrupları yaradılıb.  Belə təmasların davamlı olacağını söyləyən AQC sədri əlavə edib ki, avqust ayında cəmiyyət tərəfindən "Daşınmaz əmlakın növləri üzrə" növbəti sertifikatlaşdırma kursları təşkil olunub. "Demirçi Tauer" biznes mərkəzində keçirilən kurslarda maliyyə və bank sektorundan, qiymətləndirmə şirkətlərindən 29 iştirakçı qatılıb və onlardan 17-si kursu müvəfəqiyyətlə başa 
vurub. Milli Məclisin  deputatları və vətəndaş cəmiyyəti insitutunun nümayəndələri qaliblərə sertifikatlar təqdim edib.
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında razılaşmaya əsasən, qiymətləndirmə şirkətlərin fəaliyyətindən olunan şikayətlər bundan sonra ilkin rəy verilməsi üçün AQC rəhbərliyinə göndəriləcək. Eyni zamanda Ədliyyə Nazirliyi də AQC-ni rəsmi tərəfdaş qismində tanıyıb və bu barədə cəmiyyətə məlumat verilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq memorandumunun imzalanması istiqamətində müzakirələrin yekunlaşdığını bəyan edən sədr bəzi dövlət satınalmaları və tender soğruları zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvlüyünün vacib meyar kimi irəli sürüldüyünü diqqətə çatdırıb. Rəhbəri olduğu qurumun beynəlxalq əlaqələrə xüsusi önəm verdiyini söyləyən AQC sədri Türkiyədə cəmiyyətin xüsusi nümayəndəliyinin təsis olunduğunu diqqətə çatdırıb. AQC sədrinin Türkiyə üzrə xüsusi nümayəndəsi Mikayıl Mirzəzadə ilə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci arasında görüş keçirilib və AQC sədrinin bu ay baş tutacaq Türkiyə səfəri zamanı qarşılıqlı əməkdaşlıq memorandumu imzalanacağını xatırladıb.
Cəmiyyətə daxil olan qiymətləndirmə şirkətlərinin rəhbərləri və AQC rəsmiləri-Ramil Osmanlı, Nüsrət İbrahimov, Rəşad Əliyev, Azər Niftiyev, Emin Mehdiyev, Ramil Qasımzadə, Pərviz Qulami, İbrahim Quliyev, Qasım Əliyev, Rövşən Babaxanov, Səidə Şabanova, İlham Bağırov çıxış edərək AQC-nin fəaliyyət istiqamətləri ilə bağlı təkliflər səsləndiriblər. Yığıncaqda AQC sədri Vüqar Orucun hesabat məruzəsi yekdilliklə qənaətbəxş hesab edilib. AQC Direktorlar Şurası "Qiymətləndirmə haqqında" yeni qanunun tezliklə qəbul ediləcəyinə böyük ümid bəslənildiyini və bu qanunda nəzərdə tutulan zəruri dəyişikliklərlə birlikdə qəbul edildikdən sonra qiymətləndirmə bazarının tənzimlənməsinin mümkün olacağını vurğulayıb. Üzvlük haqlarının meyarlar üzrə yenidən müəyyənləşdirilməsi  ilə bağlı Direktorlar Şurası tərəfindən İdarə heyətinə müvafiq təkliflər verilib. AQC-nin elmi-metodiki jurnalının təsis olunması barədə qərar qəbul olunub. Operativliyin təmin olunması məqsədilə AQC sədri və Direktorlar Şurasının rəhbəri Vüqar Oruca 56 şirkəti tam hüquqla təmsil etmək səlahiyyəti verilib. Direktorlar Şurası ölkədəki ictimai-siyasi, sosial-iqtisadi vəziyyətlə bağlı bəyanat qəbul edib. Bəyanatda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks və institusional islahatların ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açdığı, 44 günlük tarixi Zəfərdən sonra regionda yeni reallıqlar yarandığı öz əksini tapıb. Mürəkkəb beynəlxalq münasibətlər sistemi şəraitində ölkəmizin 
iqtisadi dayanıqlığını təmin etməsindən məmnunuluq ifadə olunub. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin də bu islahatlara dəstək verdiyi və bu istiqamətdə səylərini artıracağı bəyanatda qeyd olunub.
Xatırladaq ki, AQC 1998-ci ildə təsis olunub, 1999-cu ildə isə dövlət qeydiyyatına alınıb. 20 may 2022-ci ildə quruma iqtisadçı ekspert Vüqar Oruc sədr seçilib. AQC Direktorlar Şurası bu il AQC İdarə Heyəti tərəfindən cəmiyyətdə birləşən şirkətlərin fəaliyyətini koordinasiya etmək üçün təsis edilib. Direktorlar Şurasına AQC sədri rəhbərlik edir və Şurada 56 şirkət direktoru təmsil olunur.

Biznes     Tarix: 14 noyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR. "Raspberry AZ-I" MMC (VÖEN: 1009381171) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapital

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. KOBİA-dan -a bildirilib ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulun

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkət

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək

"MSolution" elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkət olaraq ödənişlərin rəqəmsal formada qəbuluna imkan verən həllər təqdim edir. Bu çərçivədə şirkət müxtəlif dövlət qurumları tərəfindən göstərilə

"Agro Norm" MMC-nin təsisçiləri şirkətdən ayrılır – 4,4 MİLYON İNVESTİSİYA GERİ ÇƏKİLİR

"Agro Norm" MMC (VÖEN: 150236671) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3 milyon 210 min manat dəyərində payın


iqtisadi xeberler 1000 manatla biznes valyuta xeberleri bank faizleri kicik biznes