Aqrar Sığorta Fondu zərər ödənişlərinə başladı

Aqrar Sığorta Fondu zərər ödənişlərinə başladıAzərbaycanda əkin sahələrinin və təsərrüfatların sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondu 2023-cü il ərzində baş verən hadisələr və qeydə alınan zərərlər üzrə fermer və təsərrüfatlara zərər ödənişləri edilməsinə başlayıb. 
Fonddan Marja-ya verilən məlumata görə, sığorta ödənişləri 2023-cü il ərzində baş verən hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərləri əhatə edəcək. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bura Aqrar Sığorta Fondunun qarşıladığı bütün risklər: dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri aiddir. 
Fondun məlumatına görə, artıq sənədləri təsdiq edilmiş fermer və təsərrüfatlara SMS bildirişlərin göndərilməsinə başlanılıb. SMS bildiriş gələn şəxslərdən ödəniş həyata keçirilməsi üçün sənədlərini təqdim etmək xahiş olunur. 
Aqrar Sığorta Fondunun məlumatına görə, 2023-cü il ərzində indiyədək Fonda hadisələrin baş verməsi ilə bağlı 9 minə yaxın müraciət daxil olub. Müraciətlərin böyük hissəsi fırtına-qasırğa, sel-subasma, dolu və sair hadisələrlə əlaqədardır. 
Sığorta hadisələri ölkənin bütün bölgələrində və Aqrar Sığorta Fondunun sığorta etdiyi əksər bitki növlərində qeydə alınıb. Ən çox müraciət buğda, arpa, pambıq və qarğıdalı əkinləri üzrə qeydə alınıb. 
Aqrar Sığorta Fondu tərəfindən ilin əvvəlindən indiyədək baş verən hadisələr üzrə ödənişlərin edilməsi üçün lazımi həcmdə ehtiyat yaradılıb. Fondun maliyyə imkanları kifayət qədərdir və qeydə alınaraq təsdiqlənmiş bütün sığorta hadisələrinin qarşılanmasına imkan verir. 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 19 avqust tarixli fərmanı ilə fəaliyyətə başlayan Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarının sığortalanmasını həyata keçirir. 
Fəaliyyətə başladığı dövrdən Aqrar Sığorta Fondunun fermer və təsərrüfatlara ödənişləri ilbəil artmaqdadır. Fond tərəfindən 2021-ci ildə 1,2 milyon manat, 2022-ci ildə isə 2,4 milyon manat sığorta ödənişi edilib, 2023-cü ildə bu rəqəm daha da artacaq. 
Aqrar Sığorta Fondunun əhatə etdiyi məhsul və risklərin siyahısı mütəmadi olaraq genişlənir və hazırda Fond 41 bitki növü üzrə əkinləri ümumilikdə 28 sayda riskdən qoruyur. 
Fermerlərə dəstək məqsədilə, hesablanmış sığorta haqlarının 50%-ni dövlət ödəyir. 
Aqrar Sığorta Fondunun xidmətləri, sığortalanan məhsullar və əhatə etdiyi risklər barədə ətraflı məlumatı Fondun rəsmi internet səhifəsi (asf.gov.az) və 1651 Çağrı Mərkəzi vasitəsilə almaq mümkündür.  / marja.az

Banklar     Tarix: 27 oktyabr 2023

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler bitkoin qiymeti biznes xeberleri biznes qurmaq pul qazanmaq