"ASB Bank"ın rəhbərlərindən biri vəzifəsindən ayrılır

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətində dəyişiklik baş verib.
Banker.az xəbər verir ki, İdarə Heyətinin üzvü İlker Hepçorman vəzifəsindən ayrılıb. O, 2024-cü ilin avqustunda bu vəzifəyə təyin edilmişdi.
Bununla da bankın İdarə Heyəti sədr və üç üzvdən ibarət olub.
Hazırda "Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinin sədri Kənan Əzizağa oğlu Orucovdur.
İdarə Heyətinin üzvləri isə Sarvan Umudvar oğlu Mikayılov, Uğur Vaqif oğlu Mahmudov və Anar Həsənalı oğlu Məmmədovdur.
İlker Hepçorman 1980-ci ildə İzmir, Türkiyədə anadan olub. Orta məktəb və lisey təhsilini Fen və Riyaziyyat sahəsində ingilis dilində Özəl Altuğ Kollecində başa vurmuş, Los Angeles Beynəlxalq Universitetindən ingilis dilində Biznes idarəçiliyi üzrə bakalavr dərəcəsi almışdır. Karyerasına Azersun Holdinqdə proseslərin idarə edilməsi və statistik analiz sahələrində başlamış, SAP və BPR layihələrində iş proseslərinin təhlili, təkmilləşdirilməsi və rəqəmsal transformasiya mövzularında fəaliyyət göstərmişdir. Mart 2013-cü ildən etibarən "Azərbaycan Sənaye Bankı" ASC-də rəqəmsal bankçılıq və ödəniş kartları sahəsində menecer vəzifəsində çalışır. Burada, kart əməliyyatları və bank sistemləri üzərində sistem inkişafı, proseslərin təkmilləşdirilməsi və rəqəmsal transformasiya kimi mühüm layihələrdə iştirak etmiş və rəhbərlik edib.

Banklar     Tarix: 24 avqust 2026

Oxşar xəbərlər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollarin kursu bu gun dollar manat kursu internetden pul qazanmaq investisiya