Asiya İnkişaf Bankı Azərbaycan bank bazarına Bank Respublika ilə qayıtdı

Asiya İnkişaf Bankı Azərbaycan bank bazarına Bank Respublika ilə qayıtdı®Uzun fasilədən sonra daha bir nüfuzlu beynəlxalq maliyyə təşkilatı Azərbaycanın bank bazarına qayıdıb! Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri Bank Respublika və Asiya İnkişaf Bankı (AİB) arasında kredit sazişi imzalanıb. Sazişə əsasən Banka 20 milyon ABŞ dolları ekvivalenti həcmində milli valyutada iri həcmli kredit ayrılacaq.
Cəlb edilən vəsait həm Bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektora kredit dəstəyinin gücləndirilməsinə, xüsusilə mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə imkan verəcək. "Bank Respublika"nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır. 
"Biz, Asiya İnkişaf Bankının uzun fasilədən sonra Azərbaycanın bank bazarına məhz Bank Respublika ilə qayıtmasını yüksək qiymətləndiririk. Bu sazişin imzalanması beynəlxalq maliyyə institutlarının həm ölkədə bank sisteminin sabitliyinə, həm də "Bank Respublika"nın etibarlılığına inamının daha bir mühüm göstəricisidir. AİB kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektoru daha sərfəli şərtlərlə dəstəkləmək imkanı verəcək və bununla da ölkədə sahibkarlığın inkişafına töhfə verəcək"- deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
 "Kiçik və orta sahibkarlıq Azərbaycanda gəlirlərin artırılması və iş yerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir, çünki onlar əmək qabiliyyətli əhalinin üçdə ikisindən çoxunu işlə təmin edir, həmçinin kənd təsərrüfatı sektorunda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin demək olar ki, 40%-i qadınlara məxsusdur. Bank Respublika Asiya İnkişaf Bankının çoxdankı, etibarlı tərəfdaşıdır və onun işi AİB-in ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq, kənd təsərrüfatını gücləndirmək və qadınların maliyyə, təlim və bazarlara çıxışına kömək etmək məqsədləri ilə uzlaşır. Biz Bank Respublika ilə əməkdaşlığımızdan məmnunuq və gələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirik", – deyə AİB-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Candice McDeigan bildirib. 
"Bank Respublikanın regionlarda əhəmiyyətli iştirakı, kiçik və orta biznesə diqqət yetirməsi və kənd təsərrüfatı sektorunda qadın sahibkarlar və müştərilərin maliyyəyə çıxışını təşviq etmək öhdəliyinə görə güclü və dəyərli tərəfdaşımızdır. Bu saziş bizim regional təcrübəmizə, xüsusən də maliyyə bazarlarını gücləndirmək üçün yerli valyutalardan istifadənin üstünlüyünə əsaslanır", – AİB-in Özəl Sektor Əməliyyatları Departamentinin baş direktoru Suzanne Gaboury bildirib.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank, Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – "Stabil" proqnozlu "B2" reytinqinə (Moody"s) malikdir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Asiya İnkişaf Bankı Azərbaycan bank bazarına Bank Respublika ilə qayıtdıAsiya İnkişaf Bankı Azərbaycan bank bazarına Bank Respublika ilə qayıtdıAsiya İnkişaf Bankı Azərbaycan bank bazarına Bank Respublika ilə qayıtdıAsiya İnkişaf Bankı Azərbaycan bank bazarına Bank Respublika ilə qayıtdıAsiya İnkişaf Bankı Azərbaycan bank bazarına Bank Respublika ilə qayıtdı/ banker.az

Banklar     Tarix: 12 oktyabr 2023

Oxşar xəbərlər

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar


iqtisadi xeberler dollar kursu dollarin kursu bu gun dollar məzənnəsi bitcoin