"Atəşgah Həyat Sığorta"nın mənfəəti artıb
Atəşgah Həyat Sığorta 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkət hesabat ilini 10 milyon 341 min manat xalis mənfəətlə başa vurub. Bu isə 2024-cü illə müqayisədə 38,2 % artım deməkdir.
Şirkətin maliyyə hesabatına əsasən, ötən il şirkətin gəlirləri 96 milyon 861 min manat təşkil edib və bu göstərici əvvəlki illə müqayisədə 24,9 % artıb. Eyni dövrdə xərclər 83 milyon 935 min manata çataraq 23 % yüksəlib. Şirkətin mənfəət vergisi üzrə ödənişləri isə 2 milyon 585 min manat olub ki, bu da 38,2 % artım deməkdir.
2026-cı ilin 1 yanvar tarixinə olan məlumata görə, Atəşgah Həyat Sığorta-nın aktivləri 149 milyon 6 min manata çatıb və illik müqayisədə 18 % artıb. Hesabat dövründə öhdəliklər 129 milyon 374 min manata yüksələrək 23,6 % artım göstərib. Balans kapitalı isə 19 milyon 632 min manata enərək 9 % azalıb.
Qeyd edək ki, Atəşgah Həyat Sığorta 1998-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 6 milyon 500 min manatdır. Səhmlərinin 100 %-i "Ran-Exim" MMC-yə məxsusdur.

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes qurmaq üçün nə lazımdır?
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Cash Back nədir?