Avropa Bankı gələn il Azərbaycanda iqtisadi artımın düşəcəyini gözləyir - XƏBƏRDARLIQ

Avropa Bankı gələn il Azərbaycanda iqtisadi artımın düşəcəyini gözləyir - XƏBƏRDARLIQAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu gün özünün son Regional İqtisadi Perspektivlər (REP) hesabatında bildirir ki, Ermənistan, Azərbaycan və Gürcüstan iqtisadiyyatları son illərdə ən yüksək artım templərinə malikdirlər.
Marja.az-ın məlumatına görə, hesabatda bildirilir ki, Azərbaycan yüksək enerji qiymətlərilə artan yüksək səviyyəli neft və qaz gəlirlərindən, eyni zamanda qeyri-enerji sektorunun güclü göstəricilərindən istifadə edir.
Həmçinin qeyd edilib ki, Azərbaycan üçün qeyri-müəyyənlik həm enerji qiymətlərindən, həm də inflyasiyadan qaynaqlanır. Gürcüstan üçün isə risklər xarici şokların əhəmiyyətli ehtimalı ilə şərtlənir. Ermənistanın timsalında bunlar ölkənin getdikcə təcrid olunmuş Rusiya iqtisadiyyatı ilə sıx əlaqələri ilə daha da güclənir.
Azərbaycan iqtisadiyyatının bu il 4,5 faiz, gələn il isə 2,5 faiz artacağı proqnozlaşdırılır. 2022-ci ildə Gürcüstan iqtisadiyyatının 8 faiz artımı, gələn il isə 5 faizə enməsi proqnozlaşdırılır. Eynilə, Ermənistan iqtisadiyyatında bu il gözlənilən 8 faizlik artımın 2023-cü ildə 4 faizə enəcəyi ehtimal edilir.
Qeyd edilib ki, 2022-ci ilin birinci yarısında Qafqazda inflyasiya enerji və ərzaq məhsullarının qiymət artımının yeni dalğası səbəbindən sürətlənib. 
İndi inflyasiya orta hesabla 10 faiz təşkil edir ki, bu da hələ də yüksəkdir.
Azərbaycanda qeyri-enerji sektorunun güclü göstəriciləri 2022-ci ilin ilk yeddi ayı ərzində 6,2 faiz iqtisadi artıma səbəb olub. Karbohidrogenlərin qiymətlərinin artması ixrac gəlirlərini demək olar ki, iki dəfə artırıb, cari hesabda və büdcədə böyük profisitlərə gətirib çıxarıb.
Yüksək enerji qiymətlərinin yaxın perspektivdə ölkənin iqtisadi artımını dəstəkləyəcəyi gözlənilir. 2022-ci il üçün ÜDM-in 4,5 faiz, 2023-cü ildə isə 2,5 faiz artacağı ilə bağlı may proqnozu dəyişməz olaraq qalır.
Gürcüstanda 10,3 faizlik güclü artım, demək olar ki, pandemiyadan əvvəlki səviyyələrə çatmış turizmdə artım və pul köçürmələrindəki artım  ilə dəstəklənir.
Hesabatda qeyd edilib ki, Ermənistanda 2021-ci ildə müşahidə olunan möhkəm canlanma 2022-ci ildə artımı sürətləndirib və yanvar-iyul aylarında iqtisadi artım 13,1 faizə çatıb. Gürcüstanda olduğu kimi, Rusiyadan çoxlu insan və firmaların gəlişi tələbatın artmasına səbəb olub. Bu, Ermənistana artan ticarət kəsirini maliyyələşdirməyə kömək edib. Hesabat 2022-ci ildə əvvəlki 4,5 faizlik proqnozdan 8 faiz güclü artım proqnozlaşdırır.  2023-cü ildə iqtisadi artımın 4 faizə enəcəyi gözlənilir.
Bütövlükdə, AYİB 2022-ci ildə region üzrə iqtisadiyyatın 2,3 faiz artacağını proqnozlaşdırır. Bu, onun may proqnozuna nisbətən 1,2 faiz bəndi yuxarıdır.
Bank 2023-cü ildə zəif iqtisadi artım barədə xəbərdarlıq edir. Proqnozlar, Ukraynaya qarşı müharibənin şiddətlənəcəyi təqdirdə daha da aşağı risklərə məruz qala bilər.

Maliyyə     Tarix: 28 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler depozit faizleri leobank kart birbank biznes xeberleri