Avropa Bankından saxta sənədlərlə külli miqdarda kredit götürülməsi ilə bağlı cinayət işi başlanıb
Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan Respublikasında olan nümayəndəliyinə saxta sənədlər təqdim edilməklə həmin bankdan külli miqdarda kredit götürülməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aparılmış zamanı "H AND M AGRO" MMC, "GEMZA GROUP" MMC və "PKF Audit Azerbaijan" MMC-nin vəzifəli şəxsləri tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılması üçün zəruri olan maliyyə və təsərrüfat sənədlərinin saxtalaşdırılmasına və qanunsuz olaraq kredit götürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin başlanaraq ibtidai istintaqı aparılır. / banker.az

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Dropshipping nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyada ən çox oxunan 5 kitab
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes nədir və hansı növləri var?