Avropa İttifaqı "Yelo Bank"a qarşı sanksiyaları ləğv edib
Avropa İttifaqı (Aİ) 21-ci sanksiyalar paketi çərçivəsində Azərbaycana məxsus "Yelo Bank" ASC-ni Rusiyaya qarşı sanksiyalar siyahısından çıxarıb.
Bu barədə Brüsseldə Avropa Komissiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, maliyyə sektoru Aİ-nin sanksiya siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır, çünki məhdudiyyətlərdən yayınma ilə bağlı əməliyyatların əhəmiyyətli hissəsi məhz banklar vasitəsilə həyata keçirilir.
"Biz Azərbaycandakı "Yelo Bank"ı siyahıdan çıxara bildik, çünki o, bütün Rusiya sistemlərindən ayrılıb və sanksiyalardan yayınmanın qarşısını almaq üçün etibarlı tədbirlər tətbiq edib", - Avropa Komissiyasının nümayəndəsi bildirib.
Eyni zamanda, Aİ sanksiyalardan yayınmağa kömək edən həm Rusiya banklarına, həm də üçüncü ölkələrin banklarına təzyiqləri artırmaqda davam edir.
Bundan əlavə, 21-ci paket çərçivəsində daha 33 Rusiya bankına məhdudiyyətlər tətbiq edilib. Həmin banklara əməliyyatlar aparmaq qadağan edilir və onlar maliyyə məlumatlarının mübadiləsi sistemi olan SWIFT-dən ayrılır.
Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, Aİ Rusiyanın iri regional banklarına və artıq sanksiya altında olan bankları əvəz edən maliyyə qurumlarına diqqət yetirib.
Bundan əlavə, məhdudiyyətlərdən yayınmağa kömək etdiklərinə görə üçüncü ölkələrdəki üç banka - Monqolustandakı bir banka, Rusiyanın "Sberbank" və "VTB" banklarının Hindistandakı iki törəmə strukturuna, eləcə də Rusiyanın "Mir" ödəniş sistemindən istifadə etməyə davam edən Qırğızıstandakı banka qarşı sanksiyalar tətbiq edilib.
Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, sanksiya təhlükəsi bir çox xarici bankları sanksiya rejiminin pozulması risklərini aradan qaldırmaq üçün öz fəaliyyətlərini əvvəlcədən nəzərdən keçirməyə və Avropa orqanları ilə qarşılıqlı əlaqədə olmağa sövq edir.
© "Report"

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Onlayn biznes növləri
Start-up nədir?
Mcdonalds françayzinqi neçiyədir?
Startup nədir və necə olur?
SWIFT nədir?