Avrora Qrup məktəbliləri belə sevindirdi - FOTO - VİDEO
Bilik Günü münasibəti ilə Avrora Qrup sosial məsuliyyət proqramına uyğun olaraq Lənkəran şəhəri Osman Mirzəyev adına qarışıq tipli uşaq evi və Astara rayonunun Diqo kəndində orta məktəbdə təhsil alan bütün şagirdləri məktəb ləvazimatları və çantalarla təmin edib.
FED.az xəbər verir ki, Lənkəran şəhəri Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin müəllimləri görüş zamanı uşaqlar üçün lazım olan bütün məktəb ləvazimatları ilə təmin etdiyinə görə Berg Tea və Avrora Qrupa öz təşəkkürünü bildirib. Avrora şirkətinin əməkdaşları da öz növbəsində şagirdləri yeni tədris ili münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.
Şirkət eyni zamanda Astara rayonunun ucqar dağ kəndi olan Diqoda məskunlaşan uşaqları təhsil almağa həvəsləndirmək, oları məktəbə getməyə təşviq etmək üçün bütün uşaqlara məktəb çantaları və məktəb ləvazimatları ilə təmin edib.
Məlumat üçün bildirək ki, hər il olduğu kimi bu il də Avrora Qrup 2022-ci ilin "Korporativ sosial məsuliyyət proqramı"nda uşaqlara xüsusi yer ayırıb. İl ərzində keçirilən sosial layihələrin məqsədi uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
ZARA-nın uğur hekayəsi
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Startup nədir və necə olur?
Birbank xidmətinə necə qoşulmaq olar?