Avtomobil istehsalçısından polad qərarına etiraz

Avtomobil istehsalçısından polad qərarına etirazAvropa Avtomobil İstehsalçıları Birliyi (ACEA), Avropa İttifaqının (Aİ) polad sənayesini qorumaq üçün idxal kvotalarını azaltmağı və kvota xaricindəki tarifləri artırmağı nəzərdə tutan planına inflyasiya təsirləri səbəbindən etiraz edib. Brüsseldə yerləşən Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA), Avropa Komissiyasının dünən açıqladığı polad sənayesini qoruma planı ilə bağlı bəyanat yayıb.

Biznes.az xəbər verir ki, bəyanatda bildirilib ki, "Avtomobil istehsalçıları poladın təxminən 90 faizini birbaşa olaraq Aİ daxilindən alırlar."

Açıqlamada qeyd olunub ki, avtomobil istehsalçıları polad sənayesinə yönəlik qoruyucu tədbirlərin Avropa bazarındakı qiymətlərə inflyasiya yönümlü təsirindən ciddi narahatdırlar və mövcud qoruma tədbirinin dəyişdirilməsinin faydalı olmayacağı düşünülür.

Bəyanatda həmçinin vurğulanıb ki, polad sənayesini qorumaq məqsədilə idxal kvotalarının əhəmiyyətli dərəcədə azaldılması və kvota xaricindəki tariflərin 50 faizə qədər artırılması, idxal vasitəsilə Avropa bazarındakı təzyiqi azaltmaq imkanını xeyli məhdudlaşdıracaq.

"Əritmə və tökmə" prinsipinə əsaslanan yeni mənşə qaydasının da polad idxalını daha da məhdudlaşdıracağı qeyd edilib və bunun Avropalı idxal polad məhsulları istifadəçiləri üçün böyük inzibati yük yaradacağı bildirilib.

Açıqlamada bildirilib ki, Avropa Komissiyası avtomobil istehsalı kimi müəyyən miqdarda və keyfiyyətdə polad idxal etmək məcburiyyətində olan sahələrin xüsusi vəziyyətini ayrıca nəzərdən keçirməlidir.

Xəbərlər     Tarix: 10 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki


iqtisadi xeberler kicik biznes birbank biznes krediti valyuta mezennesi