Avtomobil sektorunda 11 milyarddan çox ixracat həyata keçirilib
Türkiyədən yanvar-sentyabr aylarında 11 milyard 668 milyon 369 min dollarlıq avtomobil təchizat sənaye məhsulu ixrac edilib.
Biznes.az xəbər verir ki, Türkiyənin Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin məlumatlarına əsasən, ilin ilk 9 ayında avtomobil təchizat sənayesi 200-dən çox ölkəyə, azad iqtisadi zonalara ixrac həyata keçirib.
Ötən ilin yanvar-sentyabr dövründə 11 milyard 25 milyon 47 min dollar olan təchizat sənaye ixracı, bu ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 11 milyard 668 milyon 369 min dollara yüksəlib.
Avtomobil sənayesinin yanvar-sentyabr dövründəki ümumi 30 milyard 205 milyon 394 min dollarlıq ixracatının 38,6 faizini təchizat sənaye məhsulları təşkil edib.
Bu növ sənaye məhsullarının ən çox ixrac edildiyi ölkələr arasında avtomobil sektorunun əsas bazarı olan Almaniya ilk yeri tutub.
Almaniyaya 9 aylıq təchizat sənaye ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,41 faiz artıb. 2024-cü ilin yanvar-sentyabr dövründə Almaniyaya 2 milyard 390 milyon 753 min dollar dəyərində sənaye məhsulu ixrac edilərkən, bu ilin 9 ayında həmin göstərici 2 milyard 567 milyon 942 min dollara yüksəlib.
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət