Azər Əmirov: "Əmanətlərin sığortalanması sistemində kəskin dəyişikliklər gözlənilmir"
Hazırkı mərhələdə əmanətlərin sığortalanması sistemində kəskin dəyişikliklər gözlənilmir.
Bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, əmanətlərin sığortalanması sisteminin hazırkı vəziyyətini artıq təşəkkül tapmış bir sistem kimi qiymətləndirmək olar: "Bu sahədə qanunvericilik bazası mövcuddur və kifayət qədər təkmildir. Əmanətlərin Sığortalanması Fondu sistemin fəaliyyətini təmin edən əsas qurumdur. Fond öz funksiyalarını həyata keçirərkən bir sıra dövlət qurumları ilə əməkdaşlıq edir. Eyni zamanda, əmanətlərin sığortalanması sistemi kollektiv sığorta modeli əsasında fəaliyyət göstərir və bu sistemə Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları daxildir".
O qeyd edib ki, kommersiya bankları Fondun iştirakçı bankları kimi qeydiyyata alınır, onlara müvafiq şəhadətnamələr verilir və saxladıqları əmanətlərin sığortalanması ilə bağlı öhdəlikləri yerinə yetirirlər: "Bunun üçün onlar təqvim haqları ödəyirlər. Beləliklə, sistem bütövlükdə bu prinsip əsasında qurulub. Əmanətlərin sığortalanması sistemi maliyyə sabitliyi sisteminin tərkib hissəsidir. Maliyyə sabitliyi sistemi isə öz növbəsində maliyyə-bank sektorunun ayrılmaz hissəsidir. Bank sisteminə nəzarət funksiyası Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Əmanətlərin Sığortalanması Fondu isə sığortaçı funksiyasından çıxış edərək maliyyə sabitliyi sisteminin və əmanətlərin sığortalanması mexanizminin mühüm elementlərindən biri kimi fəaliyyət göstərir".
A.Əmirov bildirib ki, Fondun idarəetmə sistemi də bu mexanizmin tərkib hissəsidir: "Fondun icra orqanı İcraçı direktor, ali idarəetmə orqanı isə Himayəçilik Şurasıdır. Himayəçilik Şurasında Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də iştirakçı bankların nümayəndələri təmsil olunurlar. Eyni zamanda, Fondun fəaliyyəti və hesabatlılığı Himayəçilik Şurası ilə yanaşı Azərbaycan Respublikasının Prezidentinə də təqdim olunur".
O hesab edir ki, əmanətlərin sığortalanması sistemi ümumilikdə tam formalaşmış bir sistemdir: "Bununla belə, hər bir sahədə olduğu kimi, burada da dövrün tələblərinə uyğun sistemli islahatlar və yeniliklər qaçılmazdır. Hazırkı mərhələdə isə formalaşmış sistemdə hər hansı kəskin dəyişikliklərin həyata keçirilməsi gözlənilmir". / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Onlayn biznes növləri
Start-up nədir?
Mcdonalds françayzinqi neçiyədir?
Startup nədir və necə olur?
SWIFT nədir?