Azər Türk Bank Mərkəzi və Şərqi Avropa Forumunda iştirak edib
(®) Dövlət bankı Azər Türk Bankın nümayəndələri cari ilin yanvar ayında Avstriyanın Vyana şəhərində keçirilən The Central and Eastern European Forum (Euromoney) tədbirinə qatılmışlar.
Hər ilin ilk ayında Mərkəzi və Şərqi Avropa ölkələrinin hökumət başçıları, mərkəzi bankların rəhbərləri, aparıcı dünya iqtisadi ekspertləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri maliyyə sektorunun ən aktual problemlərini müzakirə etmək üçün bu konfransa toplaşırlar. Mərkəzi, Şərqi Avropa və MDB ölkələrində iqtisadi inkişaf problemləri müzakirə olunur və qarşıdan gələn ildə əsas iş istiqamətləri müəyyən edilir.
50-dən çox ölkədən 1600 nəfərin toplandığı bu tədbir çərçivəsində Azər Türk Bankın nümayəndələri çoxsaylı işgüzar görüşlər keçirib. Görüşlər zamanı mövcud beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, eləcə də dünyanın aparıcı maliyyə institutları ilə yeni tərəfdaşlıq əlaqələrinin qurulması müzakirə olunub.
Qeyd edək ki, Azər Türk Bank beynəlxalq tədbirlərdə fəal iştirak edərək, ölkənin bank sektorunu dünya platformalarında layiqincə təmsil edir və bu istiqamətdə fəaliyyətini aktiv inkişaf etdirir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / marja.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Biznes plan necə yazılır?
ZARA-nın uğur hekayəsi
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Bitcoin necə işləyir?