Azər Türk Bank mükafatlara layiq görüldü

Azər Türk Bank mükafatlara layiq görüldü®Azərbaycan Banklar Assosiasiyası 2025-ci il ərzində ölkə bankları tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək ən fəal maliyyə-kredit təşkilatlarını mükafatlarla təltif edib.
Dövlət bankı Azər Türk Bank (ATB) ötən il ərzində bir sıra layihələrin təşkilatçısı və tərəfdaşı kimi fəaliyyətinə görə "Korporativ sosial məsuliyyət" nominasiyası üzrə mükafata layiq görülüb.
Bu istiqamətdə Bank əhəmiyyətli tədbirlər görmüş, layihələr gerçəkləşdirmiş, sazişlər imzalamışdır.
Qeyd edək ki, Azər Türk Bank davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüslərdən biri olan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub.
160-dan çox ölkədən 20 000-dən artıq təşkilatın iştirak etdiyi bu təşəbbüsə imza atmaqla Bank sosial məsuliyyət, korporativ idarəetmə, ekologiya   sahəsində beynəlxalq səviyyədə qəbul edilmiş standartlara sadiq qaldığını bir daha təsdiqləmişdir.
Bankın əldə etdiyi digər mükafat "Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank" nominasiyası üzrədir.
Bank beynəlxalq maliyyə institutları, dünyanın nüfuzlu təşkilatları ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Keçən ilin sonlarında  Azər Turk Bank ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi üçün mühüm kredit sazişi imzalanmışdır.
Azər Turk Bank bu saziş çərçivəsində əldə olunmuş vəsaitləri istehsal, xidmət, kənd təsərrüfatı və digər sektorlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinə təkrar kredit şəklində təqdim etməklə onların investisiya imkanlarını genişləndirərək Azərbaycanın özəl sektorunun inkişafına mühüm töhfə verməkdədir.
Bundan əlavə 2025-ci ilin noyabr ayında Azər Türk Bank Milli Depozit Mərkəzi və Bakı Fond Birjası ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin  Əbu-Dabi şəhərində Tabadul layihəsi çərçivəsində  Tabadul Ticarət Mərkəzinə qoşulmaq məqsədilə Əbu-Dabi Birjası ilə  Kollektiv Mübadilə Razılaşması imzalayıb. Tabadul qarşısında ticarət öncəsi pul öhdəliklərinin tanınması və pul hesablaşmalarının həyata keçirilməsi məqsədilə Azər Türk Bank hesablaşma agenti kimi təyin edilib.
Həmçinin Bank özünün fəaliyyəti dövründə hər zaman təhsilə və gənclərin inkişafına dəstək olmuş tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədi ilə layihələr həyata keçirmişdir.
 "Ən fəal təhsil dəstəkçisi" nominasiyası üzrə Banka verilən mükafat bu sahədə görülən işlərin məntiqi nəticəsidir.
Bank "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi" nominasiyası üzrə mükafata layiq görülüb. Bu mükafat bankın müasir texnologiyaların tətbiqi və rəqəmsal bankçılığın inkişafı sahəsindəki səylərini vurğulayır.
Azər Türk Bank yüksək diqqətə görə ABA-ya, həmçinin etibar və etimad göstərib Bankla əməkdaşlıq edən tərəfdaş və müştərilərinə minnətdarlığını bildirir.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə (51%-i SOCAR-da olmaqla), 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i "Qala Həyat Sığorta Şirkəti" ASC-yə, 12,37%-i "T.C. Ziraat Bankası" AŞ-yə və 1.08%-i "Ziraat Bank İnternational" AG-yə məxsusdur. / banker.az

Banklar     Tarix: 04 aprel 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin almaq online pul qazanmaq kripto investisiya