Azər Türk Bankın aktivləri 80% artıb

Azər Türk Bankın aktivləri 80% artıbDövlət bankı Azər Türk Bankın 01 iyul 2022-ci il tarixinə aktivləri 600 milyon manat səviyyəsində olmuşdur ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 47%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 80% çoxdur.
Azər Türk Bank-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Bankın kredit portfelinin həcmi hesabat dövründə 58% artaraq 287 milyon manat təşkil etmişdir. Depozit portfeli 37%, yəni 59 milyon manat artımla 221 milyon manat olmuşdur.
Azər Türk Bank ilk dəfə olaraq aparıcı xarici banklarla birgə sindikatlaşdırılmış kreditin təşkilində iştirak etmiş, 2 milyon manat həcmində borc öhdəliyi ayırmışdır.
Bank ikinci rübü 812 min manat həcmində xalis mənfəətlə bitirmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 81% çoxdur.
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 43% artaraq, 14 milyon manat, qeyri-faiz gəlirləri isə 98% artaraq, 9 milyon manat təşkil etmişdir.
Həmçinin qeyd edilib ki, prioritet istiqamətlərdən olan nağdsız əməliyyatların inkişafına təkan verən kartların və POS-terminalların sayında da artım müşahidə edilir. Belə ki, kartların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45%, POS-terminalların sayı isə 137% artmışdır.
Bundan əlavə, qısa zaman ərzində Bankda "Apple Pay" və "Google Pay" təmassız ödəniş sistemlərinin tətbiq edilməsi planlaşdırılır.
Hesabat dövründə Azər Türk Bank iki müasir rəqəmsal filial açmışdır və cari ilin sonuna kimi eyni tipli daha iki filialını müştərilərin ixtiyarına verəcəkdir.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. /marja.az

Banklar     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə


iqtisadi xeberler internetden pul qazanmaq depozit faizleri iqtisadiyyat xeberleri bu gunun xeberleri