"Azər-Türk Bank"ın kredit portfeli kəskin böyüyüb
Dövlət bankı olab "Azər-Türk Bank"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu ilə müqayisədə 131 milyon 833 min manat və ya 43,5 % artaraq 434 milyon 919 min manata yüksəlib.
Marja.az-ın məlumatına görə, 2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu ilə müqayisədə "Azər-Türk Bank"ın istehlak kreditləri portfeli 93 milyon 942 min manat artaraq 220 milyon 758 min manat, biznes kreditləri portfeli 4 milyon 64 min manat azalaraq 43 milyon 371 min manat, ipoteka kreditləri portfeli 41 milyon 956 min manat artaraq 170 milyon 790 min manat təşkil edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu ilə müqayisədə "Azər-Türk Bank"da cəmi depozitlər 98 milyon 280 min manat artaraq 421 milyon 971 min manata qalxıb. Bankda fiziki şəxslərin depozitləri 46 milyon 81 min manat, hüquqi şəxslərin depozitləri 52 milyon 199 min manat artıb.
Həmçinin oxu
"Azər-Türk Bank"ın xalis mənfəəti 3,4 dəfə artıb


Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Dünyanın ən varlı 10 müğənnisi