Azərbaycan "Azersky"a görə 15-dən artıq sığorta şirkətindən ödəniş alacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") missiyasını vaxtından 1 il əvvəl başa çatdırmış "Azersky" peykinə görə 15-dən çox sığorta şirkətindən ödəniş alacaq.
Bunu açıqlamasında "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
"Yerin məsafədən müşahidə peyki olan "Azersky"la bağlı sığorta ödənişlərinin alınması üçün biz artıq fəaliyyətə başlamışıq, proses ilin sonuna qədər yekunlaşacaq. Nəzərə almaq lazımdır ki, sığortalama prosesində 15-dən artıq sığorta şirkəti iştirak edir. Biz peyki "PAŞA Sığorta" ASC vasitəsi ilə beynəlxalq bazara çıxarmışdıq. Müştərilərimiz dünyanın ən böyük təkrarsığorta şirkətləri olub. Onların hər biri A+ kateqoriyalı beynəlxalq reytinqə malikdir. Prosesin uzun çəkməsinin səbəbi budur ki, şirkətlərin çoxsaylı sualları olur və onların hamısı cavablandırılır. Cavablar onları qane etdikdən sonra sığorta ödənişi "PAŞA Sığorta" vasitəsi ilə "Azərkosmos"a həyata keçiriləcək", - deyə o qeyd edib.
© "Report"

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Biznes nədir?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?
İKEA şirkətinin tarixi
Amazonda satış etmək üçün bilməli olduqlarınız