Azərbaycan bankı şəriətə uyğun maliyyələşdirmə üçün 10 milyon dollar cəlb etdi - MÜQAVİLƏ İMZLANIB

Azərbaycan bankı şəriətə uyğun maliyyələşdirmə üçün 10 milyon dollar cəlb etdi - MÜQAVİLƏ İMZLANIBRabitəbank ilə İslam İnkişaf Bankı (İİB) Qrupu üzvü Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (İTFC) arasında özəl sektorun, xüsusən də KOB müştərilərinin ticarət maliyyələşdirmə ehtiyaclarını ödəmək və Azərbaycanda şəriətə uyğun ticarətin maliyyələşdirilməsi həllərinin təşviqinə töhfə vermək üçün 10 milyon ABŞ dolları məbləğində "Letter of Credit Confirmation Facility" (Akkreditiv) müqaviləsi imzalanıb.
Bu müqavilə Rabitəbanka Azərbaycanda özəl sektor, xüsusilə də KOB-lar üçün ticarətin maliyyələşdirilməsi işini genişləndirməyə kömək etmək üçün nəzərdə tutulub.
Bu müqavilə Rabitəbank-ın İdarə Heyətinin sədri Aydın Hüseynov və İTFC-nin baş direktoru Hani Salem Sonbol arasında imzalanıb.
Rabitəbankın yaydığı məlumatda bildirilir ki, qeyd olunan vəsait Banka ticarətin maliyyələşdirilməsi üzrə həllər təklif etməyə və Azərbaycanda İslam maliyyəsinin inkişafına töhfə verməyə imkan verəcək.
"Bu müqavilə İTFC tərəfindən Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına kredit xətti açılması haqqında ilk saziş hesab olunur və üzv ölkələrdə özəl sektor və kiçik və orta sahibkarlığa dəstək verilməsi üçün banklarla əməkdaşlığın genişləndirilməsini, eləcə də kredit xətti açılması biznesinin genişləndirilməsini prioritet hesab edən İTFC-nin Özəl Sektor Strategiyası ilə uyğunluq təşkil edir",- məlumatda bildirilir.
İTFC-nin baş direktoru Hani Salem Sonbol müqavilənin imzalanması ilə aşağıdakıları  bildirib: "Rabitəbank ilə bu yeni tərəfdaşlıq Azərbaycanda bank fəaliyyətlərimizi yenidən aktivləşdirmək və özəl sektorun böyüməsi və inkişafına olan sadiqliyimizin xüsusi əhəmiyyətini bir daha nəzərə çatdırmaq məqsədi daşıyır. İTFC, İƏT-ə üzv ölkələrdə şəriətə uyğun ticarət maliyyələşdirməsinin təşviqində qabaqcıl olaraq qalır və biz bu müqaviləni Azərbaycanda İslam maliyyə təkliflərinin inkişafına açıq dəstək hesab edirik".
Rabitəbank ASC-nin İdarə Heyətinin Sədri Aydın Hüseynov isə öz növbəsində qeyd edib: "Öncəliklə, uzun illərdən sonra bağladığımız bu müqavilə ilə İTFC-nin Rabitəbank ilə Azərbaycan maliyyə-kredit bazarına daxil olması bizim üçün çox sevindirici və ölkəmiz üçün önəmlidir. Bu müqavilə özəl sektorun, xüsusən də KOB müştərilərinin ticarət maliyyələşdirmə ehtiyaclarını ödəmək və Azərbaycanda şəriətə uyğun ticarətin maliyyələşdirilməsi həllərinin təşviqinə töhfə verməsi cəhətdən çox vacibdir."
2009-cu ildən bəri İTFC Azərbaycanda müxtəlif özəl sektor müştərilərinə 83,4 milyon ABŞ dolları məbləğində yardım göstərmişdir. İTFC Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və yerli kommersiya banklarını lazımi maliyyələşdirmə ilə təmin etməklə ölkənin ticarətinin inkişafına sərmayə qoyur.
Azərbaycan bankı şəriətə uyğun maliyyələşdirmə üçün 10 milyon dollar cəlb etdi - MÜQAVİLƏ İMZLANIBAzərbaycan bankı şəriətə uyğun maliyyələşdirmə üçün 10 milyon dollar cəlb etdi - MÜQAVİLƏ İMZLANIBAzərbaycan bankı şəriətə uyğun maliyyələşdirmə üçün 10 milyon dollar cəlb etdi - MÜQAVİLƏ İMZLANIBAzərbaycan bankı şəriətə uyğun maliyyələşdirmə üçün 10 milyon dollar cəlb etdi - MÜQAVİLƏ İMZLANIBAzərbaycan bankı şəriətə uyğun maliyyələşdirmə üçün 10 milyon dollar cəlb etdi - MÜQAVİLƏ İMZLANIBAzərbaycan bankı şəriətə uyğun maliyyələşdirmə üçün 10 milyon dollar cəlb etdi - MÜQAVİLƏ İMZLANIB/ marja.az

Banklar     Tarix: 14 sentyabr 2023

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler bitkoin emlak xeberleri internetden pul qazanmaq bitkoin almaq