Azərbaycan bankı "yaşıl istiqraz" buraxır
"Rabitəbank" ASC 10 milyon manatlıq "yaşıl istiqraz" buraxır. Hər birinin nominal dəyəri 100 manat olan istiqrazların sayı 100 min ədəddir. İstiqrazların növü faizli, adlı, sənədsiz və təmin edilməmişdir.
Marja.az xəbər verir ki, istiqraz buraxılışı yolu ilə cəlb ediləcək vəsait ətraf mühitin qorunması və "yaşıl iqtisadiyyat"ın dətəklənməsi üçün istifadə olunacaqdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
İstiqrazların tədavül müddəti 2 il, illik faiz dərəcəsi 9,5% təşkil edir. Faizlər investorlara hər 3 aydan bir ödəniləcəkdir.
Yerləşdirmənin anderrayteri "Capital Partners İnvestisiya Şirkəti" QSC-dir. İstiqrazların yerləşdirilməsi rəqabətli ərrac üsulu ilə keçiriləcək.
18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitabank" ASC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Swift nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir və hansı növləri var?