"Azərbaycan bankları ən bədbin ssenaridə də sağ qalacaqlar" - MƏRKƏZİ BANK

Bank sisteminin kənar şoklara qarşı dayanıqlığı stress test vasitəsilə qiymətləndirilmişdir.
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə Sabitliyi hesabatında bildirilir.
Qeyd edilib ki, müxtəlif əlverişsiz makro-maliyyə ssenarilərində bankların kapital dayanıqlığını qiymətləndirmək, müvafiq mitiqasiya və siyasət tədbirlərini müəyyənləşdirmək məqsədilə "top-down" stress test həyata keçirilir. Stress test metodologiyası bütövlükdə bank sisteminin, eyni zamanda fərdi bankların stress şəraitində maliyyə vəziyyətini dinamik əsasda növbəti illər üzrə qiymətləndirərək, bank sisteminin maliyyə sağlamlığını, xüsusilə də bank sektorunun sistem risklərinə qarşı davamlılığını və ümumilikdə bank sisteminin iqtisadi sabitliyi dəstəkləmək qabiliyyətini dəyərləndirməyə imkan verir. 
Stress test şəraitində makro-iqtisadi amillərin bankların dayanıqlığına təsirini müəyyənləşdirmək üçün baş vermə ehtimalı mümkün olan ən sərt ssenarilər ("extreme but plausible") yanaşması nəzərə alınaraq bədbin ssenari formalaşdırılmışdır. Bədbin ssenaridə ölkədə 2015-2016-cı illərdə baş vermiş böhranın kalibrasiyası əsas götürülərək ssenarilər müəyyən edilmişdir. Formalaşmış bədbin ssenari əsasında makro-iqtisadi göstəricilər proqnozlaşdırılmışdır. Makro-iqtisadi göstəricilər ekonometrik peyk modellərinə inteqrasiya edilərək növbəti illər üzrə asılı dəyişənlər (QİK əmsalları, faiz dərəcələri və s.) proyeksiya edilmişdir. Növbəti mərhələdə, proyeksiya edilmiş asılı dəyişənlər əsasında kredit riski, faiz dərəcəsi riski, məzənnə riski və qiymətli kağızların yenidən qiymətləndirilməsi riski üzrə simulyasiyalar edilərək dinamik əsasda bankların növbəti 3 ilə maliyyə vəziyyəti qiymətləndirilmişdir.
Hesabatda bildirilir ki, stress test nəticələri bank sektorunun mövcud kapital buferinin potensial itkiləri absorbsiya etmək ("udmaq") potensialında olduğunu göstərir. Bədbin ssenaridə bank sektorunun kapital adekvatlıq əmsalı 2023-cü ildə 4.4 faiz bəndi azalaraq 14.9%, 2024-cü ildə isə 14% təşkil edir. Bununla belə, 2025-ci ildə gəlirliliyin bərpası fonunda kapital adekvatlığı əmsalı 15%-ə qalxır.
Stress test nəticələrinə əsasən bankların kapital adekvatlığına əsas təsir kanalları kredit riski və risk üzrə ölçülmüş aktivlərin dəyişməsi təşkil etmişdir. Bütövlükdə, stress test nəticəsində bank sektoru kapital eroziyasına məruz qalsada, sektorun kapital adekvatlığı minimum normativləri üstələyir.
2022-ci il ərzində bank sektoru üzrə məcmu kapital 14.8% (670 milyon manat) artaraq 5.2 milyard manat təşkil etmişdir. Sektor üzrə KAƏ (kapital adekvatlığı əmsalı) da 0.2 faiz bəndi artaraq 19.3% təşkil etmişdir ki, bu da minimum prudensial tələbi 2 dəfəyə yaxın üstələyir. 
Həmçinin oxu
Azərbaycanın bank bazarı 3 əldə cəmləşir
/ marja.az

Banklar     Tarix: 31 mart 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu


iqtisadi xeberler leobank kart avtomobil xeberleri bitcoin qiymeti birbank