Azərbaycan banklarında dayanıqlı ekosistem formalaşdırılması müzakirə edilib
Çində Azərbaycanın bank sektorunda dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması müzakirə edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, qurumun baş direktoru Şahin Mahmudzadə Çinin paytaxtı Pekində keçirilən "Qlobal Cənub Maliyyəçiləri Forumu 2026" tədbirində açılış nitqi ilə çıxış edib. O, AMB-nin dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması və maliyyə institutlarının dayanıqlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüslərdən danışıb, "Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026", Yaşıl taksonomiyanın tətbiqi, ekoloji, sosial və idarəetmə (ESİ) risklərinin tənzimləyici çərçivəyə inteqrasiyasına və maliyyə institutlarının dayanıqlılığının artırılmasına dair görülən işləri diqqətə çatdırıb.
Beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayan Ş.Mahmudzadə beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirilən qlobal taksonomiyaların uyğunlaşdırılması və müqayisəliliyinin artırılmasına yönəlmiş təşəbbüsü vurğulayıb. / banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
SWIFT nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Evdə biznes qurmağın yolları